Portuqaliyada zənginlərin əmlak vergisi artırılıb

Portuqaliya hökuməti vergi qanunvericiliyində apardığı son dəyişikliyə əsasən, ölkənin mənzərəli və əlverişli ərazilərində evi olan şəxslər artırılmış əmlak vergisi ödəmək öhdəliyi daşıyırlar. “Dəbdəbə” hesab edilən əmlak üçün verginin dərəcəsi 20 faiz artırılıb. Portuqaliya hökumətinə görə, pəncərəsindən gözəl mənzərə görünən evlərin bazar dəyəri yüksək olduğu üçün bu cür evlərin sahibləri də dəbdəbəli həyat sürən imkanlı adamlar hesab edilməlidir. Beləliklə, Portuqaliyada daşınmaz əmlak vergisinin artırılması “dəbdəbə üçün verginin” tətbiqinin müəyyən bir forması kimi təqdim edilir. Ölkənin vergi qanunvericiliyində edilmiş dəyişikliklər müəyyən məntiqə əsaslansa da, kəskin tənqidlə qarşılanıb.

Bu vergi islahatının əleyhdarları belə bir mülahizə irəli sürürlər ki, daşınmaz əmlakın bu və ya digər kateqoriyaya aid edilməsi üçün müəyyənləşdirilmiş meyarın heç bir konkret əsaslandırılması yoxdur. Bu isə ona gətirib çıxaracaq ki, vergi orqanları ev sahiblərindən artırılmış vergi tutmaq məsələsində subyektiv qərar verəcəklər.

Xudaferin.eu

11:46