Pompeo İŞİDlə mübarizədə NATO-nun artan rolundan danışdı

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Brüsseldə keçirilən NATO sammiti zamanı İraqın Baş naziri Heydər Əl-Əbadi ilə görüşüb.

Xudaferin.eu xəbər verir ki, tərəflər İraqdakı vəziyyəti, o cümlədən İŞİD terror təşkilatına qarşı mübarizəni müzakirə ediblər.

Dövlət Departamentinin məlumatında deyilir ki, “Pompeo İraq xalqına və İŞİDə qarşı ümumi mübarizəyə dəstəyi ifadə edib”.

Pompeo həmçinin alyansın sammit zamanı İraq üçün müəyyən etdiyi təlim missiyasını da alqışlayıb. 

Dövlət katibi Baş naziri və bütün İraq liderlərini xalqın iradəsini ifadə edən mərkəzləşmiş hökumətin qurulması istiqamətində operativ fəaliyyətə səsləyib.

NATO Şurası çərşənbə günü İraqın təhlükəsizlik qüvvələrinin təlim keçməsi məqsədi ilə NATO-nun qeyri-döyüş missiyasının yaradılması barədə qərar qəbul edib.

Eyni zamanda alyansın Baş katibi Yens Stoltenberq bəyan edib ki, NATO İraqda terrorçulara qarşı hərbi əməliyyatlara qatılmayacaq.

Xudaferin.eu

05:32