Polonyada saytı Azərbaycanda Novruz bayramı

 

Polonyanın www.ttg.com.pl (Travel Trends Group) saytında “Azərbaycanda yeni il” sərlövhəli məqalə dərc edilib (http://ttg.com.pl/leczenie-produktami-naftowymi-w-azerbejdzanie/).

Məqalədə yeni ilin yazda qeyd edilməsinin qədim ənənələrə söykəndiyi, şumerlər, akkadlar, romalılar və etrusklar tərəfindən qeyd edildiyi, Azərbaycanda isə yaz bayramının qeyd edilməsi ənənəsinin qədim türkdilli skiflər tərəfindən başlandığı bildirilir. Sayt yazır ki, bu bayramı qeyd edən xalqlar ya dünya xəritəsindən silinib ya da bu ənənəni unudublar. Xaricdən gələn dinlərin nümayəndələrinin Novruzu qadağan və ya assimilyasiya etmək cəhdləri uğursuzluqla nəticələnib, Azərbaycan xalqı bu bayramı ilkin formasında qoruyub saxlamağa nail olub. Sovet dövründə bu bayramın tamamilə qadağan olunmasına baxmayaraq, Azərbaycan xalqı bayramı bağlı qapılar arxasında da olsa, qeyd edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra isə həmin bayram dövlət statusu alıb. Daha sonra məqalədə Novruz bayramının əsas mahiyyətinin təbiətin canlanması ilə bağlı olduğu, səkkiz gün qeyd edildiyi diqqətə çatdırılır.

Xudaferin.eu
Polonya, “Varşava Bürosu”

12:04