Politoloq: İrana gedən vətəndaşlarımız müxtəlif dələduzların qurbanına çevrilir

Fars molla rejimi 1979-cu ildə hakimiyyətə gəldikdən sonra özünü müasir dünyadan təcridetmə siyasəti həyata keçirməyə başladı. İran daxilində insan hüquqları ciddi formada pozuldu, insanlar kütləvi şəkildə həbslərə və müxtəlif cəzalara məhkum edildi. Beynəlxalq aləmlə bilərəkdən əlaqələr kəsildi, qonşu ölkələrə qarşı işğalçılıq siyasəti və dini ideologiya yayılmağa başlandı. Çünki onlar beynəlxalq hüququn prinsiplərini rədd edərək dünyanı nüvə silahı istehsalı ilə təhdid etməyə başladılar. İran hakimiyyəti digər ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə edib terror təşkilatları, silahlı birliklər quraraq və onları maliyyələşdirərək regional sabitliyi pozmağa çalışdılar. Nəticədə beynəlxalq təşkilatlar tərəfindən haqlı olaraq sanksiyalara məruz qaldılar.

Fundamental insan hüquqlarından məhrum olmuş iranlıların üçün ağır sosial-iqtisadi vəziyyət yarandı. Ölkə beynəlxalq bank sistemindən çıxarıldı, ticarət, əlaqələr kəsildi. Bəzi zəruri malları və məhsulları çıxmaqla, İrana müasir texnika və texnologiya satışı qadağan edildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, müstəqilliyini 1991-ci ildə yeni bərpa etmiş Azərbaycanın vətəndaşları cənubdakı soydaşlarını görmək arzusu ilə İrana üz tuturdular. Çox təəssüflər olsun ki, İran dövləti uzun müddətdir ayrı düşmüş bu xalqın biri-birinə olan həsrətindən başqa məqsədlərlə istifadə edərək, onları özünün şovinist siyasətinə alət etməyə başladı. Onlar İslam həmrəyliyi, İranda ucuz və keyfiyyətli səhiyyənin inkişafı, müxtəlif təhsil proqramları ilə bağlı təbliğatlar apararaq bəzi Azərbaycan vətəndaşlarını ələ ala bildilər, həmçinin kifayət qədər pul qazanmağa çalışdılar.

"İranda səhiyyənin “inkişaf” etdiyini göstərmək üçün geniş təbliğat və təşkilati işlər görülürdü. İran xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycandan İrana müalicəyə gedənlərin cəlb edilməsi üçün müxtəlif qurumlar yaradılmışdı. “Ucuz” və “keyfiyyətli” tibbi xidmətlər təbliğatına inanaraq İrana gedən vətəndaşlarımız müxtəlif dələduzların qurbanına çevrilirdi. Müasir texnika və müayinə avadanlıqlarından uzaq, primitiv metodlarla “müalicə” olunan vətəndaşlarımız əlavə “xəstəlik” diaqnozları ilə uzunmüddətli kurslara cəlb edilərək əlavə xərclərə məruz qalırdılar. Halbuki, İranda yaşayan yüksək məmur və müəyyən imkanlı şəxslər cəmiyyətə düşmən kimi təqdim edilən Avropa, ABŞ, Kanada və İsrailə müalicə olunmaq üçün gedirlər",- deyə politoloq vurğulayıb.

Xudaferin.eu

16:43