Polad Bülbüloğlu: "Böyük Vətən Müharibəsindəki qələbə ümumi qələbədir"

Böyük Vətən Müharibəsində 681 min nəfər azərbaycanlı iştirak edib, onların yarısı evinə dönməyib.

 

Xudaferin.eu -nun Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri,MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu Rusiyanın Bryansk şəhərində keçirilən Qaliblərin Beynəlxalq Forumunun açılış mərasimində bildirib.

 

"Məni Bryanska dəvət edəndə çox sevindim. Çünki atam tez-tez mənə Bryansk cəbhəsində ay yarım keçirməsindən danışardı. Mənim atam opera müğənnisi olub. O, silahla deyil, səsi və mahnıları ilə vuruşub", - deyə P. Bülbüloğlu söyləyib.

 

 

Beynəlxalq forumun iştirakçılarına müraciət edən diplomat Böyük Vətən Müharibəsində əldə olunan qələbənin ümumi qələbə olduğunu diqqətə çatdırıb: "Bu müharibədə 681 min nəfər azərbaycanlı iştirak edib, onların yarısı evə qayıtmayıb. Belə forumların dəyəri ondan ibarətdir ki, artıq müxtəlif ölkələrdə yaşayan gənclər müasir ölkələrinin, keçmiş Sovetlər İttifaqı respublikalarının azadlığının necə qorunub saxlanıldığını bilsinlər".

xudaferin.eu

10:04