Pol Qavan: Ağdama çatanda qorxunc mənzərə ilə qarşılaşdım

Ağdama çatanda qorxunc mənzərə ilə qarşılaşdım. Tamamilə məhv edilmiş bir şəhərlə üz-üzə gəldim. Orada hər şey dağıdılmış, heç nə qalmamışdı. Bir zamanlar 30 min insanın yaşadığı şəhər indi darmadağın edilib.

Bu fikri “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri”nə dair məruzənin müəllifi, parlamentari Pol Qavan AZƏRTAC-a müsahibəsində deyib.

“Mən məruzəmdə Ağdamın yerlə-yeksan edildiyini qeyd etmişəm. Gördüklərimi olduğu kimi təsvir edərək yazmışam. Dağıdılmış bütün şəhər minalanmışdı. Orada nə baş verdiyini tam anlamaq üçün daha geniş müzakirələrə ehtiyacımız var.

İndi biz qarşılıqlı etimadın yaranması ətrafında düşünməliyik. Düşmənçilik davam etməməlidir. Biz gələcəyə baxmalıyıq”, - deyə Pol Qavan söyləyib.

Parlamentari, həmçinin birinci Qarabağ müharibəsində 3890 azərbaycanlının itkin düşdüyünü də qeyd edib. Bildirib ki, tərəflər arasında əməkdaşlığa başlamaq, qarşılıqlı etimad istiqamətində tərəqqiyə nail olmaq lazımdır.

Şəhla Ağalarova

Xudaferin.eu

23:42