Suriyanın Haseke bölgəsinin Tel Temur rayonunda terror təşkilatı PYD-yə məxsus hərbi düşərgədə şiddətli partlayışların baş verdiyi bildirilir. PYD-nin Tel- Temur rayonunda yerləşən şəhərciyindəki yanacaq anbarlarında səbəbi hələ məlum olmayan böyük bir yanğın çıxıb. Ard- arda şiddətli partlayışların baş verdiyi düşərgədə, hərbi təlim üçün gəlmiş ABŞ və Böyük Britaniya əsgərlərinin də olduğu qeyd edilir. Çoxlu sayda ölü və yaralının olduğu bölgə təhlükəsizlik məqsədi ilə mühasirəyə alınıb.
Qeyd edək ki, terror təşkilatı PYD, 2013-ci ildə regionda “hərbi təhsil” məqsədi ilə düşərgə qurduğunu açıqlamışdı. 2015-ci ildə isə ABŞ əsgərləri hərbi təlim vermək üçün düşərgəyə gəlmişdi. ABŞ, İngiltərə və onların müttəfiqi olan dövlətlər Suriyada Orta Doğu maraqları üzrə 2011-ci ildən üzü bu yana bölgədə savaş durumunun qarşısının alınmasını yubatmaq taktikası ilə hərəkət edirlər. Bununla da Suriyadakı iş savaşların sonucu olaraq, bölgədə yaşayan ərəblərin və türkmanların tamamilə diz çökməsi, həm də bu prosesdə kürdlərin önə çıxması taktikasına önəm verirlər. Beləliklə də Türkiyənin sınırları yaxınlığında bir kürd dövlətinin yaradılması sayəsində İraq-Suriya neft və doğal qaz kəmərlərini tamamilə öz nəzarətlərinə almağı planlaşdırıblar. Bununla da Orta Doğunun ən böyük güc və söz sahibi olmağı hədəf seçiblər.
PKK/PYD-nin düşərgələrində dəhşətli partlayışlar

Xudaferin.eu
11:56
Digər xəbərlər