PKK-ya silah və siyasi dəstək verən ölkələr

 

 

Məlum olduğu kimi, bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında baş tutan telefon danışığı zamanı ABŞ tərəfi PKK terror təşkilatının YPG qoluna silah verməcəyini bildirib. Belə ki, Ərdoğan ABŞ-ın YPG-yə silah verməsi ilə bağlı narahatlığını Trampa çatdırıb. ABŞ prezidenti isə qəti şəkildə deyib ki, bundan sonra YPG-yə silah verilməyəcək. una baxmayaraq, bəzi ölkələr PKK-ya hələ də maddi və silah dəstəyi verir. Türkiyə KİV-lərinin məlumatına görə, 19 ölkə PKK-ya yardım edir. KK-ya silah verən ölkələr arasında Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya, Çin, İspaniya, İsrail kimi dövlətlərin adları qeyd olunub.

İddialara görə, Serbiya PKK ilə birgə Balkanlarda narkotik ticarəti həyata keçirir. Hollandiya, Belçika, İsveçrə, Yunanıstan, Fransa, Danimarka isə terror təşkilatına siyasi dəstək verirlər. Suriya, İraq və Ermənistanın xüsusi xidmət orqanları isə PKK terrorçularına hərbi təlimlər keçməklə, silahlıların Türkiyə əleyhinə hazırlanmasında bilavasitə iştirak edirlər. Ermənistanın kürd terrorçulara dəstək verməsi heç kimə sirr deyil.

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirildiyini bildirib.

ASİMDER başqanı deyib ki, erməni gənclər işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmirlər. Nəticədə qaçıb Avropa və Rusiyaya gedirlər. Bu səbəbdən muzdlu PKK döyüşçüləri Qarabağa yerləşdirilir

Azvision.az

 

10:52