PKK ve PYD arxasından yenə Tehran rejimi çıxdı

 

PKK-PYD silahlıları 8 Mart Dünya Qadınlar Günü nədəni olaraq, düzənlənən məkana hücum edərək, Suriya kürd siyasi baxışlarına görə bilinən 4 qadını girov götürüblər.

“Bununla da tutulan qadınlarımızın sayı 57-yə çatıb. Bizim bundan başqa əldə etdiyimiz önəmli bilgilərə görə, PKK-nın Şenqalda peşmərgə qüvvələrinə hücum etməsinin arxasında İran dayanır. Hətta bu məsələ ilə bağlı PKK və İran nümayəndlərinin iştirakı ilə toplantı da keçirilib”, – Quzey İraqdakı sözdə “Quzey İraq Özərk Kürd Bölgəsi”-nin təmsilçisi  Rəvaf Rəşid bu qonuda verdiyi açıqlamasında demişdir.

Quzey İraq Özərg Kürd Bölgəsinin yönəticilərinin İran mollakratiya rejimi ilə olan ilgisi o qədər də isti deyil. Özəlliklə 2002-ci ildən bu yana İraqda Səddam Hüseyn və Suriyada Bəşər Əsədin diktator rejimlərinin çökdürülməsi prosesində mollakratiya rejimi bu yöndə mövqeyini açıq şəkildə nümayiş etdirmişdir.
Bölgədəki analitiklərin açıqlamasına görə, PKK və daha sonra yaradılan PYD kimi kürd terror qurumlarının əsas maliyyə və silahandırma qaynağı məhz Tehran mollakratiya rejimidir. Bunun da başlıca nədəni, Orta Doğuda iç savaşların, qanlı toqquşmaların uzun sürəli davam etməsi maraqlarından iraəli gəlir. Belə olduğunda Körfəz Ölkələri içində ən çox neft və doğal qaz gəlirləri Tehran mollakratiya rejimi üçün faydalı olur. Özəlliklə də Türkiyənin İraq və Suriyada terror qruplaşmalarına qarşı apardığı mücadilədə PKK və PYD tipli mərkəzlərə qarşı barışmaz olduğu bütün dünyaya bəllidir. Tehran rejiminin bu addımları elə qonşu ölkələrdə də çox böyük qəzəblə qarşılanmaqdadır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

11:09