PKK Avropada narkotik alverindən ildə 1,5 milyard dollar qazanırmış

Avropada ianə adı ilə 50 milyon dollar toplayan təşkilat qitənin narkotik “ehtiyacı”nın 80-85%-ni ödəyirmiş.  Türkiyədə son dövrlərdə aparılan uğurlu əməliyyatlar nəticəsində ağır zərbə alan PKK terror təşkilatının maliyyə mənbəyini narkotik, qaçaqmalçılıq, xərac toplamaq və çirkli pullar təşkil edir. Kimləri hədəfə aldığına məhəl qoymadan həyata keçirdiyi terror aktları ilə dünyanın qansız terror təşkilatları siyahısında ilk sıralarda yer tutan PKK, 1980 və 1990-cı illərdə kənd yerlərindəki yaşayış məskənlərinə təşkil etdikləri basqınları şəhərlərdə həyata keçirdikləri hücumlarla davam etdirirlər. Kənd yerlərində istədiklərinə nail olmadıqda, şəhərlərdə hücumlar etməyə başlayan, Türkiyə Silahlı Qüvvələri və asayiş qüvvələri tərəfindən qurudan və havadan geniş miqyaslı əməliyyatlarla ağır itkilər verən PKK-nın maliyyə mənbələrini Türkiyədə narkotik maddələr, insan, silah və siqaret qaçaqmalçılığı, biznesmenlərdən və sahibkarlardan aldıqları xərac təşkil edir. Maliyyə təminatına yönəlik fəlaiyyətlərinə cinayətkar mütəşəkkəlliklə davam edən terror təşkilatının Avropadakı gəliri narkotik və insan alveri, çirkli pulların yuyulması və xəracdan gəlir.

Terror təşkilatının maliyyə mənbələrinə zərbə

PKK terror təşkilatına qarşı kəndlərdə və şəhərlərdə inamla mübarizə aparn asayiş qüvvələri eyni zamanda təşkilatın mühüm gəlir mənbələrini də əngəlləmək üçü çalışır. Diyarbəkirin Lice rayonunda son illərdə həyata keçirilən ortaq əməliyyat nəticəsində PKK terror təşkilatının maliyyə mənbəyi olan narkotik ticarətinə böyük bir zərbə vurulub.

Narkotikdən ildə 1,5 milyard dollar gəlir

Narkotikin Avropa ölkələrinin qara bazarına çıxarılmasında mühüm rol oynayan PKK-nın 1,5 milyard gəlir əldə elədiyi bu maliyyə mənbəyinin qurudulması üçün asayiş qüvvələri tərəfindən əməliyyatlar dayandırılmadan aparılır.

Avropada “yardım” adı altında ildə 30 milyon avro toplanır

Avropa Birliyi (AB) PKK-nı terror təşkilatı kimi qəbul etməsinə rəğmən, təşkilata qitə miqyasında sərbəst təbliğat və maliyyə fəaliyyəti meydanı verib. Türkiyənin təhlükəsizlik mənbələri təşkilatın Avropadakı mütəşəkkil cinayətkarlıq fəaliyyətindən savayı, ildə 30 milyon avroya yaxın vəsaiti “yardım” adı altında topladığını bildirirlər.

Qaçaqmalçılıq da maliyyə mənbələri arasındadır.

İran və İraq üzəndən həyata keçirilən qaçaqmalçılıq da terror təşkilatının ən mühüm maliyyə mənbələrindəndir. PKK, İraq, İran və Suriyadan Türkiyəyə qanunsuz yollarla çay və siqaret gətirən qaçaqmalçılardan “vergi” adı alrında xərac toplayır.

Təhdid və şantajla qazanırlar

Təşkilat “vergi” adı altında pul almaq üçün iş adamlarına təzyiq göstərir. Buna qarşı çıxan sahibkarları və adi vətəndaşları dağa aparan terrorçular təhdid və şantajla xərac toplayırlar.

“Milyard dollarla ifadə edilən bir gəlir mənbəyi olduğunu bilirik”

Özyəqin Universitetinin müəllimi professor Məsut Hakkı Caşin “Anadolu Agentliyi”nin müxbirinə verdiyi açıqlamada deyib: “Bu baxımdan terrorla mübarizə strategiyasının uğurlu ola bilməsi üçün mütləq şəkildə onların maliyyə dəstəyi aldıqları digər ölkələrin məhkəmə, hökumət və digər əlaqədar təşkilatların üzvləri ilə əməkdaşlıq etməsi lazımdır. Təşkilatın milyard dollarla ifadə edilən gəlir mənbələri olmasından xəbərdarıq. Bəzi məlumatlara görə, bu gəlir Türkiyənin müdafiə büdcəsindən 20-25 milyard dollar artıqdır. Bu, xüsusilə də kənd yerlərində təşkilatın güclənməsinə səbəb olur, insan mənbələrinin daimi olmasına rəvac verir”.
Kemerburqaz Universitetinin pedaqoqu və Avrasiya Strateji Araşdırmalar Mərkəzinin terror məsələləri üzrə mütəxəssisi doktor Eray Güzlüler də PKK terror təşkilatının sərhədin müəyyən nöqtələrində qaçaqmalçılardan bac-xərac aldığını və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu bildirib. Əfqanıstanda ildə təqribən 500 ton heroin istehsal edildiyini, bunun 250 tonunun hədəf ölkələrə aparıldığını, bu əsnada təşkilatın narkotik ticarətindən faiz götürdüyünü bildirən Güclülər, sərhəd xəttində terror təşkilatının istehsal elədiyi narkotik maddələrin olduğunu bildirib.

Türkiyədə itki verdikdən sonra Avropaya üz tutublar

Güclülər Türkiyə daxilində aparılan əməliyyatlar nəticəsində PKK terror təşkilatının itkilər verdiyini, maliyyə mənbələrinin də böyük zərər çəkdiyini vurğulayaraq, bundan sonra təşkilatın Avropadakı gəlir mənbələrinə üz tutduğunu deyib.

Terror təşkilatının gəlir mənbələri qurudulmalıdır

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağar isə narkotik istehsalı və ticarəti ilə məşğul olan PKK terror təşkilatının hazırda təkcə Avropanın narkotik ehtiyacının 80-85-faizini ödədiyini bildirib. Ağar terrorun qarşısının alınması və kökünün kəsilməsi üçün PKK-nın gəlir mənbələrinin də kəsilməsinin mühüm olduğunu bildirib.

Narkotik əməliyyatı təsirli olub

Türkiyənin cənub-şərqində, narkotikə qarşı əməliyyatların nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini vurğulayan Ağar Diyarbəkirin Hani, Lice, Kulp və Kocaköy rayonlarında həyata keçirilən əməliyyatlarda da milyardlarla lirəlik narkotikin məhv ediidiyini də bildirib.

Hurriyyet.org

08:36