Peşəvarda tibbi kompleksin yaxınlığında partlayış: Ölənlər var

Partlayış Pakistanın Peşəvar şəhərində Əfqanıstan ilə sərhəd yaxınlığında baş verib.

Xudaferin.eu RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, daha 18 nəfər isə yaralanıb. 

Polisin məlumatına görə, kamikadze-terrorçu Hayatabad rayonunda tibbi kompleksin yaxınlığında motosiklet ilə hökumət avtomobilinə çırpılıb, toqquşma nəticəsində partlayış baş verib. 

Reuters-in məlumatına görə, tibbi mərkəzə Pakistanın “Tehrik-e-İnsaf” müxalif partiyasının lideri İmran Xan gəlməyə hazırlaşırdı. Məlumata görə, o, zərər çəkməyib. 

Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. 

Xudaferin.eu

22:39