Peşmerge qüvvələri ilə PKK terrorçuları arasında toqquşmalar oldu

 

İraqın quzeyində yerləşən Mosulun Sincar bölgəsində gərgin saatlar yaşanır. “İraq Kürd Muxtar Bölgə” komandanlığının Sincar bölgəsinə sövq etdiyi peşmerge qüvvələri ilə separatçı terror təşkilatı PKK arasında silahlı toqquşmalar yaşanılıb.

Quzey İraqla ilgili yaşanılan hər bir olay faktiki olaraq, Türkiyədə olduqca diqqətlə təqib edilməkdədir. Terror təşkilatı PKK-nın Mosulun Sincar bölgəsindəki mövcudluğuna görə narahatlığını hər fürsətdə dilə gətirir. Məsələ “İraq Kürd Muxtar Bölgəsi” komandanlığı başqanı Məsud Bərzaninin Türkiyə səfərində də gündəmə gəlmişdi. Rəsmi Ankara Bərzanidən peşmerge qüvvələrinin bölgədə PKK-nın mövcudluğuna imkan verməməsini istəmişdi. “İraq Kürd Muxtar Bölgə” komandanlığının başqanlığı da Sincar bölgəsinə terror təşkilatı PKK-ya qarşı 500 suriyalı peşmergə göndərib.

Dünən səhər saatlarında Sincara 60 kilometr məsafədə yerləşən Hanesur bölgəsində peşmerge qüvvələri ilə PKK- terrorçuları arasında yenidən silahlı toqquşmalar yaşanılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sincardakı münaqişəni şərh edərək:
"Terror təşkilatlarına qarşı birgə hərəkət edəcəyik. Separatçı terror təşkilatı PKK/PYD hər kəsin, yəni bəşəriyyətin düşmənidir. Bu terror təşkilatı harada olursa olsun, onu məhv etmək bizim vəzifəmizdir. Bu, İraq üçün də təhdiddir. Deməli, PKK təhlükə olaraq davam etdiyi müddətdə ona qarşı mübarizə də davam edəcəkdir "dedi.

“İraq Kürd Muxtar Bölgəsi”nin başqanı Məsud Bərzaninin baş məsləhətçisi Hemin Havrami də, sosial mediada terror təşkilatı PKK-nın Sincardan çıxmamasına reaksiya göstərib.
Qeyd edək ki, Suriya, Türkiyə, İran və İraqda ortalama bölgəsəl “yerli kürd idarəçiliyi” siyasəti ötən yüzilin 50-ci illərinin sonlarında ilk dəfə olaraq Rusiya tərəfindən gündəmə gətirilib. O dönəmdən indiyə kimi Orta Doğuda ABŞ, Almaniya, İngiltərə, Fransa, Çin və digər iri dövlətlər “kürd kartı” adı altında öz sstrareji hədəflərini sərgiləmişlər. Bununla yanaşı, “kürd kartı” ssenarisi heç bir zaman baş tutmamışdır. Bunun da gerçək səbəbi bu toplumun özgür dövlət olma düzəninə qarşı bölgə dövlətlərinin sərt təpkili olmasıdır. BMT-nin də tanıdğı sınırların bütünlüyü hədəfləri ali qanun kimi dəyərləndiridiyi üçün, bütün göztərilən çabalar da beləcə dəf olunur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

06:09