Peskov: Rusiya ABŞ raketlərini hədəfə alacaq

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğv olunması haqqında (OKMRLS) Sazişdən çıxsa, öz raketlərini Avropaya yerləşdirə biləcək.

Xudaferin.eu TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri  Peskov bəyanat səsləndirib.

O, belə olan halda Rusiyanın həmin raketləri hədəfə alacağını vurğulayıb.

“Məsələ ondadır ki, ABŞ-ın OKMRLS-dən çıxması “soyuq müharibə” illərində olduğu kimi, onun orta və kiçik mənzillik raketlərini Avropa ölkələrində quraşdıracağı potensialını daşıyır. Həmin raketlərin orada quraşdırılması və potensial olaraq Rusiya Federasiyasına tuşlanması ona gətirib çıxaracaq ki, Rusiya paritet yaratmaq məqsədilə həmin atəş qurğularını öz arsenalından olan raketlərlə hədəfə alacaq”, - deyə Peskov bildirib.

Onun sözlərinə görə, bu, baş versə, keçmişdə “soyuq müharibə” dövründə yaşanmış situasiya təkrarlanacaq.

Xudaferin.eu

14:46