Peru mətbuatında Ermənistanla Azərbaycan arasındakı son vəziyyətdən bəhs edilib
Perunun populyar “Guik” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, müxtəlif beynəlxalq aktorların iştirakı ilə yekun sülh sazişi üzrə aparılan danışıqlar barədə məlumat verilib.
Sülh müqaviləsinin bu ilin sonuna kimi imzalanacağına ümid etdiyini bildirən azərbaycanlı diplomat işğaldan azad edilmiş ərazilərimizin urbisid, ekosid, mədəni irsin dağıdılmasına və kultursidə məruz qaldığını, bununla belə hazırda həmin torpaqlarda genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə işlərinin aparıldığını qeyd edib.
Müsahibədə işğaldan azad olunmuş torpaqlarda qısa müddət ərzində görülmüş bərpa-quruculuq işləri, “ağıllı” kənd və “ağıllı” şəhər layihələrinin icrası, eləcə də məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışının həyata keçirilməsi prosesi barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan ilə sərhəddə sərhəd-buraxılış məntəqəsi qurulub və bu məntəqə vasitəsilə hər iki istiqamətdə nəqliyyatın hərəkəti sərbəst həyata keçirilir. Bu da öz növbəsində sərhəd keçməsində şəffaflıq yaradır və bununla regionda sülh və sabitliyə xidmət edir.
Həmçinin Qarabağın erməni mənşəli əhalisinin Azərbaycan cəmiyyətinə və dövlətinə reinteqrasiyasının zəruriliyi, regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, xüsusilə Zəngəzur dəhlizin açılmasının regionun inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Xudaferin.eu
09:58
Digər xəbərlər