Paytaxt statusun mübarək, Şuşa – nə gözəl yaraşdı!
Ötən 29 ildə ən çox dilə gətirdiyimiz bu idi ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” Bilirdik ki, zamanında Qacar ordusu üçün belə keçilməz səddə çevrilən Şuşa qalasını geri qaytarmaq çox çətindir, amma ümidimizi heç zaman üzmürdük, zəfərə inanırdıq. Çünki hamımız bilirdik ki, Şuşasız yaşamaq... yaşamaq deyil...
Mümkünsüzü mümkün etdi Dövlətimiz, Baş Komandanımız, Ordumuz! Budur, Şuşa artıq PAYTAXT şəhərdir! Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib! 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan və ilk dönəmlərdə həm də “Pənahabad” adlandırılan Qala şəhərimiz azadlığının ilk 6 ayının tamamında məhz bu şəkildə mükafatlandırıldı müstəqil dövlətimiz tərəfindən-PAYTAXT statusu ilə! Mübarəkdir! Azadlıq nə gözəl yaraşır Şuşamıza, Azan səsi Ay-Ulduzlu qoşa bayraqlara sığal çəkdikcə ruhumuz dincəlir, daha “Şuşanın dağları başı dumanlı” avazına diksinmirik də. Şükürlər olsun, duman çəkilib!
Müzəffər Ordumuzun şücaəti nəticəsində 29 illik erməni tapdağından xilas edilən “Azərbaycan musiqisinin beşiyi”ndə “Qafqazın Konservatoriyası”nda yeni həyat başlayır. Molla Pənah Vaqifin, Xurşud Banu Natəvanın, Mir Mövsüm Nəvvabın, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Qasım bəy Zakirin, Yusif Vəzir Çəmənzəminlinin, Üzeyir və Ceyhun Hacıbəylilərin, Fikrət Əmirovun, Süleyman Ələsgərov, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Seyid Şuşinski, Xan Şuşinskinin...Qarabağ uğrunda canlarından keçən igid oğulların ruhları sevinir, hamımız kimi. Və təbii ki, Pənahəli xan Cavanşirin ruhu şaddır.
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi olub. Elə Prezident Sərəncam da Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasını özündə ehtiva edir.
Lənətə gəlmiş düşmən Şuşanı, Qarabağın brilyant qaşını nə kökə qoydu işğal dönəmində... Bu gözəl məkan həmişə düşmənə göz dağı olub, hər zaman ona sahiblənmək üçün cəhdlər göstərilib. 1905 və 1920-ci illərdə də darmadağın edilmişdi bu gözəl məkan. 1921-ci ilin 5 iyulunda bolşevik hökuməti Şuşanı yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olaraq elan etdi. Ancaq iki il sonra mərkəz olaraq Xankəndi seçildi. Yəni Şuşanın daşı daim ağır olub, düşüb Türk düşmənlərinin başına. Sonrakı dönəmlərdə də Şuşadan əl çəkmədilər, hətta 1963-cü ildə Şuşa rayonunu ləğv etdilər, ədalət yalnız iki ildən sonra bərpa olundu. 20-ci əsrdə sayca üçüncü dəfə -1992-ci il mayın 8-də işğal edilmiş bu şəhərdə xalqımızın tarixi-mədəni irsi növbəti dəfə tar-mar edildi vandallar tərəfindən. Statistika ürəkağrıdıcıdır: işğal dönəmində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, məbədgah və məscidlər təhqir edilib, saysız-hesabsız nadir əlyazma nümunələri məhv edilib, 20 kitabxana yandırılıb!
Bu gün Şuşadakı “erməni kilsəsi” üçün matəm quran ermənisifət dairələr, terroru və işğalı himayə edən paytaxtlar bircə dəfə yandırılan kitablardan, məhv edilən unikal tarixdən bəhs etmədilər. Əksinə, imkan tapdıqca işğalçı Ermənistanın Şuşa ilə bağlı alçaq planlarında yer almağa səy göstərdilər. Məhz buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmin çevrələrin “Qarabağ məsələsinin hərbi yolla həlli mümkün deyil”, sərsəmləməsini alt-üst edən iradə nümayiş etdirdi, şanlı ordumuz 8 noyabr 2020-ci il tarixdə dünyanı mat qoyan misilsiz əməliyyatı ilə Şuşada bir daha enməyəcəyək bayrağımızı ucaltdı!
Həmin gün müzəffər Ali Baş Komandanın Şəhidlər Xiyabanından “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək Azərbaycan xalqına ünvanladığı tarixi xitab həyatımızın ən möhtəşəm təbriki oldu. Prezident özü də söylədi ki, Azərbaycan xalqına bu müjdəni verdiyi gün onun həyatında ən xoşbəxt günlərindən biridir. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” Şuşanın azad olunması xəbərini öz xalqına çatdıran ölkə rəhbəri başqa hansı hisslər keçirə, başqa nə deyə bilərdi ki? Nə qədər səmimi, ürəkdən gələn müraciət idi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Nə qədər insanımız sevinc göz yaşları içərisində hönkürdü bu xoş müjdəni, bu zəfər çıxışını dinləyərkən...
Dövlət başçısının Şuşa şəhərinə nə dərəcədə önəm verməsini şəhərin azad edilməsindən dərhal sonra onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyasının aparılması, bərpa işlərinə başlanılması barədə tapşırıqlarının icrası da sübut edir. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib, bu fakt çox şey deyir. Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini söyləmişdi və budur, Sərəncam imzalanıb. Yarım il ərzində Azərbaycan Prezidentinin ailə üzvləri ilə birlikdə Şuşada iki dəfə olması, hətta Şuşada qalması, Cıdır düzündə çay içməsi, dost-düşmənə mesajlar verməsi də sıradan bir məsələ deyildi. Ölkə başçısı Şuşanı Azərbaycandan qoparmaq istəyənlərə və hələ də bu xəstə iddiadan vaz keçməyənlərə dərs verdi. Ali Baş Komandanın üzüaşağıdakı – Xankəndidəki revanşistlərə xəbərdarlıqlar etməsi də dövlətin Şuşa ilə bağlı nə dərəcədə qəti iradəyə sahib olduğunu göstərdi.
Mərhum prezident Heydər Əliyev də hakimiyyətdə olduğu dönəmdə Şuşaya daim önəm verib. Məhz onun təşəbbüsü ilə 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib və həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Təsadüfi deyildi ki, Heydər Əliyev Siyasi Büroya irəli çəkildiyi il iki dəfə Şuşada olmuşdu. 1982-ci ilin yanvarın 14-də, qarlı qış günündə Molla Pənah Vaqifin məqbərəsinin, həmin ilin 29 iyulunda isə M.P.Vaqifin poeziya günləri çərçivəsində Xurşidbanu Natəvan və Mir Möhsün Nəvvabın abidələrinin açılışında iştirak etmişdi...
İşğalçılar 28 il ərzində 8 mayı “qələbə bayramı” kimi qeyd etdilər, adını dəyişdirib “Şuşi” qoyduqları şəhərimizi murdar ayaqları ilə tapdağa çevirdilər. Ancaq budur, Şuşa adı yeni tərtibatda Qalamızın üzərində düşmənin bağrını yarmaqdadır. Gecələr də işıq saçır bu ad – tezliklə qovuşacağımız Xanın kəndində eşələnən tör-töküntülər də baxsın deyə...Düşmən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə barışmağa məhkumdur. Bununla təkcə Qarabağdakı və Ermənistandakı deyil, ümumilikdə dünya erməniliyinə mesaj verildi ki, tarixdə “Şuşi” adlı şəhər olmayıb, bundan sonra da heç vaxt olmayacaq! Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına “töhfə verən” paytaxtlara da mesajdır.
Fakt budur ki, ən mühüm mədəniyyət mərkəzlərimizin birindən Azərbaycan izini silmək üçün Ermənistanla yanaşı, digər ölkələr də bilərəkdən və ya bilməyərəkdən iştirak etdi ötən illərdə. Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd edilmişdi. Prezident İlham Əliyev çıxışlarında tariximizin belə özgələşdirilməsi cəhdlərini qətiyyətlə pisləmişdi. Sitat: “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik”.
Və budur, təmir işləri sürətlə həyata keçirilməkdədir. Hətta Şuşadakı kilsə də təmir olunur, əvvəlki tarixi görkəminə qaytarılır. Vaxtilə məcsidlərimizin dağıdılmasına, həmçinin alban kilsələrinin erməniləşdirilməsinə sükutla yanaşanlar indi Azərbaycan dövlətinin azad olunmuş Qarabağdakı kilsəni təmir etməsinə görə təşəkkür etmək əvəzinə, belə humanist addımı qaralamağa çalışırlar. Təsəvvür edin, Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub-dağılmaqda olan xristian məbədlərinin bərpa edilməsinə belə, vəsait xərcləyir, amma tolerantlığı öz amalına çevirmiş bir ölkəyə çamur atır bəzi çevrələr.
Heç şübhəsiz ki, Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsilə balı Sərəncamın 7 may tarixində imzalanması həm də Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldəcək heç şübhəsiz. Əvvəlcədən anons edildiyi kimi, mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra keçiriləcək budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Biz ötən 30 il ərzində Xarıbülbül həsrətilə nə qədər qovrulduq, Allah şahiddir...
Şuşanın mədəniyyət mərkəzi elan olunmasının daxili auditoriya üçün verilən mesajları da var...Baş Komandan Cıdır düzündə necə demişdi: “Biz bundan sonra Şuşanı göz bəbəyimiz kimi qorumalıyıq!” Bu, təkcə Əsgərə ünvanlı əmr deyildi, həm də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan-Türk toplumuna tarixi mesaj idi! Çünki informasiya savaşı sərhədlərimizdən çox-çox uzaqlarda gedir və hər birimiz bu savaşda Vətənin müdafiəçisinə çevrilməliyik!
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.
Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdi. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” Bu hamıya xəbərdarlıq idi. Həm də o demək idi ki, Vətən oğlu ona görə canından keçməyib, Şuşa məmurlar oylağına çevrilsin! Uğrunda canından, qanından keçən oğullar bu tarixi məkanı daha da müqəddəslədiriblər, oraya bəd niyyətlə getmək olmaz! Şuşa haram götürməyəcək, ora müsəlman dünyasının Məkkə-Mədinəsi qədər əzizdir, müqəddəsdir. Nə qədər insan Şuşa ziyarəti üçün tələsir bu günlərdə. Ancaq bir az da səbir etməkdə fayda var...
Budur, Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir. Bundan əlavə, Şuşa şəhərinin rəsm qalereyası bərpa edilərək yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək. Ermənilər işğal dönəmində “Qarabağ” otelinin də adını dəyişərək “Şuşi palace” qoymuşdu. Bu adları da cəhənnəmə getdi, özləri kimi. Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası isə təmir-bərpa işlərindən sonra müasir səviyyəyə çatdırılacaq. Bundan başqa Şuşa Xalça Muzeyi təmir olunacaq, keçmiş sanatoriya yenidənqurmadan sonra Park Otel kimi bu il istifadəyə veriləcək, Şuşada “beş”, “dörd” və “üç” ulduzlu kiçik otellər yaradılacaq.
Beləcə, Azərbaycan dünyaya nümayiş etdirir ki, o, qurub-yaradandır, torpağına sahiblənməyi bacardığı kimi, bu məkanın abadlaşması naminə də əzmlə çalışır. Bir gün Qarabağdakı üç hava limanından – Şuşaya aparan magistral yollardan bu cənnət məkana gələnlərə ermənilərin 30 il ərzində viran qoyduqları ünvanların da fotoları göstəriləcək heç şübhəsiz. Vicdanı olanlar vandal qonşularımızı yalnız lənətləyər o halda. Şuşa təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək və Şuşanın azad edilməsi əməliyyatını öyrənənlər günün birində Şuşa xarabalıqları üzərində qurulmuş cənnətin də sirlərini araşdıracaqlar. İnşallah daha gözəl günlər qarşıdadır. Hələ 2022-də, Şuşamızın 270 illiyində bir toy-büsat qurulacaq ki, səsi ərşi-əlaya yayılacaq...

Elşad Paşasoy,
Xudaferin.eu
23:42
Digər xəbərlər