“Parlamentin Mənzil Məcəlləsinə etdiyi fraqmental dəyişikliklərlə vəziyyət kökündən dəyişməyəcək”
“Milli Məclis çoxmərtəbəli mənzillərin idarə olunması ilə bağlı vahid qaydaların tətbiqini nəzərdə tutan dəyişiklikləri təsdqiləyib. Yeni tikilən binalarda gerçəkdən bir xaos var. Binanı tikən hər bir sahibkar mülkiyyətçiləri əsaslandırılmamış, yaxşı qazanc götürə biləcəkləri tariflərlə kommunal xidmət və mənzil haqları ödəməyə məcbur edirlər”.
“Bu tariflər hansı meyarlar və iqtisadi əsaslandırmalarla formalaşır?”
Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib: “Kimsə mənzilin hər kvadratı üçün 1.5 manat, müfafizə xərcləri üçün hər mənzilə 30 manat, isitlik üçün hər kvadrata aylıq 1 manat, təmizlik üçün ayda 10 manat və s. (rəqəmlər şərtidir), başqa birisi bundan 2 dəfə az, o birisi yarım dəfə çox tariflər müəyyən edir. Bu tariflər hansı meyarlar və iqtisadi əsaslandırmalarla formalaşır?”
Ağayev xatırladıb ki, hələ 4 il əvvəl ekspert qrupumuzun hazırladığı araşdırmada çoxmərtəbəli binaların idarə edilməsi ilə bağlı problemlər və onlardan çıxış yollarına dair xeyli vacib, bu gün də son dərəcə aktual olan təkliflər vermişdik: “Nə qədər ki, bu sənəddə əks olunan problemlərin həllinə yönəlik kompleks qanunvericilik və institusional islahatlar aparılmayacaq, Parlamentin Mənzil Məcəlləsinə etdiyi fraqmental dəyişikliklərlə vəziyyət də kökündən dəyişməyəcək”.
“Problem təkcə mülkiyyət məsələsi deyil”
“Bir faktı deyim ki, çoxmərtəbəli mənzillərin idarə olunması ətrafında yaranan problem təkcə mülkiyyət məsələsi deyil. Kondominumlar dünyada yerli özünüidarənin, əhalinin özünütəşkilinin və bir araya gələrək sosial-iqtisadi maraqlarını ifadə edə bilmənin formasıdır” - deyib ekspert.

Şamo
Hurriyyet.org
17:33
Digər xəbərlər