Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak edirlər

Azərbaycanlı paralimpiyaçılar pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərindədirlər.

Xudaferin.eu xəbər verir ki, fevralın 6-13-də Dubayda keçiriləcək dünya kuboku yarışları “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək.

Yarışda Azərbaycanı Şamo Aslanov, Nurlan Babacanov və Pərvin Məmmədov təmsil edirlər.

Dünya kuboku yarışlarına yola düşməzdən əvvəl idmançılarla Komitədə görüş keçirilib. İdmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğu qeyd olunub.

Xudaferin.eu

15:20