“Panama Papers”dən sonra “Paradise Papers” – Azərbaycan məmurları haqqında sensaion faktlar

 

Türkiyənin “Cumhuriyet” qəzeti yeni bir qalmaqala səbəb olacaq faktları açıqlayıb. Qəzetin ““Panama Papers”dən sonra zənginlərin başı indi də “Paradise Papers”lə dərddə” sərlövhəli yazısında Rusiya, Çin, İngiltərə, Kanada, ABŞ, o cümlədən də Azərbaycan məmurları, iş adamları haqqında sensasion açıqlamaların anonsu verilir.

Söhbət “Cumhuriyet”, “Süddeutsche Zeitung”, “The Guardian”, “New York Times”, “Le Monde”, “El Confidencial”, “Columbia Journalism School” ve BBC-nin də daxil olduğu 96 media orqanını təmsil edən 382 jurnalistin bir il boyunca üzərində işlədiyi 13.4 milyondan çox sənəddən gedir. Qəzet yazır ki, “Paradise Papers” sənədləri bu gündən etibarən ictimaiyyətə açıqlanacaq.

 

İlkin olaraq qeyd olunur ki, “Paradise Papers” ilə ABŞ prezidenti Donald Trampın milyarder ticarət katibinin Rusiya ilə olan bağları, Kanada baş nazirinin baş hədiyyəçisinin gizli ticarət əlaqələri, İngiltərə kraliçası və müxtəlif ölkələrdən 120-dən çox siyasətçinin ofşor hesabları başda olmaqla, dünyanın dörd bir yanından şok faktlar ortaya çıxarılacaq. “Paradise Papers”in araşdırması Türkiyə baş naziri Binəli Yıldırımın oğulları Erkam Yıldırım və Bülent Yıldırımın şirkətlərini də üzə çıxarıb. Bildirilir ki, Bülent ve Erkam Yıldırım “Hawke Bay Marine Co Ltd ve Black Eagle Marine Co Ltd” adlı iki şirkətin səhmdarlarıdır. Sənədlərdə əsas səhmdarın - Erkam Yıldırımın iki şirkətin də direkoru olduğu bildirilir.

Qeyd edək ki, əksər nüfuzlu ekspertlər “Panama Papers”dən sonra “Paradise Papers”in də arxasında ABŞ xüsusi xidmət orqanlarının durduğunu istisna etmir. Doğrudur, bu sənədlərdə ABŞ rəsmilərinin də adı yer alır. Lakin, ekspertlərə görə, “Paradise Papers”də Donald Trampın hansısa yaxın adamının Rusiya ilə olan bağlarının açıqlanması, əslində, izi itirmək məqəsdi daşıyır. Bu, həm də mövzunun ciddiliyinə olan inamı artırmaqdır…

Bütün bunlara rəğmən, əminliklə deyə bilərik ki, “Paradise Papers” sənədlərinin açıqlanması bir çox ölkələrdə siyasi gündəmi dəyişmək gücündə olacaq. Ola bilər ki, “Panama Papers”lə müqayisədə “zəlzələ effekti” yaratmasın. Amma istisna olunmur ki, çox sayda dövlət rəhbərləri, məmurlar, iş adamları və tanınmış isimlərin ofşor zonalardakı hesablarının açıqlanması ciddi nəticələr verə bilər. Hətta bəzi ölkələrdə siyasi hakimiyyətin dayaqlarını da laxlada bilər. Odur ki, “Paradise Papers” sənədlərinin açıqlanmasını ABŞ xüsusi xidmət orqanlarının adıçəkilən ölkələrə növbəti təzyiq dalğası kimi başa düşmək olar. Təbii ki, “Paradise Papers” siyasi hakimiyyətin zirvəsinə doğru “irəlilədikcə” təzyiqlərin gücü də artmış olacaq. Bu zaman biz həm də ABŞ-ın niyyətini daha yaxşı anlayacağıq. Ən azı onu öyərənə biləcəyik ki, bu ölkənin xüsusi xidmət orqanları bizim ölkəni və regionu da əhatə edəcək bu sənədlərin açıqlanması hansı maraqlara xidmət edir…

Muxalifet.az

 

10:18