Pambıq sahəsində zəhərlənənlərin sayı artıb

Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı dörd nəfər Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. 

Onun sözlərinə görə, Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 24 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: 

“Bakıdan həkim briqadası Saatlıya ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən dördü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib. 

Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.

Səfayə Əhmədova qeyd edib ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin vəziyyəti qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb:

“Digərlərinin müalicəsi davam edir”.

Oxu.az

14:39