Pakistanda iki gündə 100-dən artıq terrorçu məhv edilib

 

Pakistanın Sexvan Şərif şəhərində törədilən terror aktından sonra son sutka hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində 100-dən çox terrorçu məhv edilib. Bu haqda Pakistan silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Pakistan-Əfqanıstan sərhədi boyu keçirilən əməliyyatlar zamanı terrorçu qruplaşmaların sığınacaqları dağıdılıb, xeyli terrorçu saxlanılıb. Xatırladaq ki, son məlumata görə, terror aktı nəticəsində 88 nəfər həlak olub, 300-dən artıq insan yaralanıb.
Qeyd edək ki, rəsmi İslamabad hökumətinin də etiraf etdiyi kimi, Pakistanda radikal islamçı hərəkatlar Çin, Hindistan, İran və Səudiyyə Ərəbistanı tərəfindən idarə olunurlar. Bunun da əsas səbəbi, Orta Asiya, Əfqanıstan və Pakistanın iqtisadi və ticarət yollarının tamamilə təhlükəli mənbə kimi xarakterizə olunması hədəflərinə bağlıdır. Bu regional ilgili normal durumun mövcud olacağı təqdirdə, ən çox faydalanan region ölkələri, eləcə də Türkiyə və Azərbaycan olacaqdır. Son vaxtlar dünya miqyasında yaranan yeni siyasi və ictimai proseslərdən yararlanan Pakistan hökuməti radikal dindarlara qarşı sərt mövqe nümayiş etdirməyə başlayıbdır.

 

Xudaferin.eu
“Analitik Qrupu”

 

11:41