Özbəkistanın kultura.uz portalı “Görüş” filminə məqalə həsr edib

Özbəkistanın kultura.uz portalında 1955-ci ildə çəkilən, Azərbaycan və Özbəkistan pambıqçılarından bəhs edən “Görüş” filmi haqqında rus dilində məqalə yerləşdirilib.

Məqalədə Azərbaycanın Xalq Artisti, tanınmış kinorejissor Tofiq Tağızadənin çəkdiyi ekran əsərinin tamaşaçıların böyük marağına səbəb olduğu vurğulanır. Filmin mərkəzində iki gəncin — özbək qızı ilə azərbaycanlı gəncin saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə bir daha təsdiq edilir ki, əmək insanı zənginləşdirir və xoşbəxtlik gətirir. Deyilir ki, filmdə özbək qızı Lola İsmayılovanın obrazını Özbəkistanın Əməkdar Artisti Nelli Ataullayeva, azərbaycanlı gənc Kamil obrazını isə Arif Mirzəquliyev canlandırıb. Bildirilir ki, filmdə Azərbaycanın tanınmış aktyorları Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Əliağa Ağayev və digərləri çəkilib.

Xudaferin.eu

Özbəkistan, "Daşkənd Bürosu"


 

 

17:20