Özbəkistanın “Dunyo boylab” telekanalında Gəncədən bəhs edilib

 

Özbəkistanın “Dunyo boylab” telekanalında “Telesayohat” verilişinin növbəti buraxılışı Azərbaycana həsr edib. “Telesayohat Ozarbayjon” adlanan 2 hissəlik veriliş “Dunyo boylab” telekanalında 5 dəfə nümayiş olunub. Verilişin 1-ci hissəsində Azərbaycan, paytaxt Bakı, şəhərin turizm imkanları, tarixi binalar, turistlər üçün maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılmışdır. Bakının tarixi Qız qalası, İçəri şəhər, habelə müasir memarlıq nümunələri, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında verilişdə xüsusi məlumat verilib.

Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi göstərilir və onların tarixi haqqında söz açılır. Müəllif Azərbaycan təbiətinin incisi Göygöl haqqında məlumat verir, Göygölün füsunkar gözəlliyi onun nəinki Azərbaycanın, dünyanın gəzməli-görməli yerləri siyahısında ön sıralarda olduğunu vurğulayır.

Hicran Məmmədova

Gəncə

 

11:12