Özbəkistanda azərbaycanlı şairlərlə görüş keçirilib

Özbəkistanda Əlişir Nəvai adına Milli Kitabxanada tanınmış Azərbaycan şairləri Səlim Babullaoğlu və Əjdər Ol ilə görüş keçirilib.

Xudaferin.eu xəbər verir ki, görüşdə çıxış edən şairlərimiz iki qardaş xalq arasında qədim köklərə malik mədəniyyət, ədəbiyyat əlaqələrinin bu gün daha da inkişaf etdiyini bildiriblər.

Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının davamı olan müasir şair və yazıçılarımızın, ədəbiyyatşünaslarımızın sıx əməkdaşlığının gələcək nəsillər üçün də örnək olacağını söyləyiblər.

Tədbirdə hər iki şair öz şeirlərini oxuyub və kitablarını kitabxananın fonduna təqdim ediblər.

Xudaferin.eu

15:21