Yenə oyuna gəlməkdə,
Şər əliylə neçələri.
Qan su yerinə axmaqda,
Can verməkdə neçə diri.
Yenə tonqallar çatılır,
Çatan kimdi, adı bəlli.
Oyuna gəlmə soydaşım,
Namərd qənimidir mərdin.
Yenə başın qovğalarda,
Qurtarmazmı sənin dərdin?
Nəsimini soyan əllər,
Babəki doğrayan kəslər,
Yenə bıçaq, balta əldə,
Yeni fürsət gözləyirlər.
Üzdə türkə dost deyənlər,
Türkə qənim kəsildilər.
Uyma düşmən yalanına,
Poz hiyləsin, tez poz fəndin.
Yenə başın qovğalarda,
Qurtarmazmı sənin dərdin?
Qalx məzardan Oğuz xaqan!
Səsimə səs ver Mete xan!
Ruhun duysun Atilla xan!
Nadir şahim, sən də oyan!
Əldə qopuz Qorqud atam!
Qoyma olsun səfi pozan.
Yenidən bu dünya görsün,
Türkün hünərin, qüdrətin.
Yenə başın qovğalarda,
Qurtarmazmı sənin dərdin?
Əzmini kimsə qırmasın,
Sona kimi mətin ol sən!
Tarixin zülmətin qovub,
Parlaq günəş kimi doğ sən!
Daha zaman o zamandır,
Turan boyda Vətən ol sən!
Qoy dünyaya mesaj versin,
Təbriz boyda qədim şəhrim.
Başından duman çəkilsin,
Aydınlıq olsun səhərin.
OYUNA GƏLMƏ, SOYDAŞIM
Yenə oyuna gəlməkdə,
Şər əliylə neçələri.
Qan su yerinə axmaqda,
Can verməkdə neçə diri.
Yenə tonqallar çatılır,
Çatan kimdi, adı bəlli.
Oyuna gəlmə soydaşım,
Namərd qənimidir mərdin.
Yenə başın qovğalarda,
Qurtarmazmı sənin dərdin?
Nəsimini soyan əllər,
Babəki doğrayan kəslər,
Yenə bıçaq, balta əldə,
Yeni fürsət gözləyirlər.
Üzdə türkə dost deyənlər,
Türkə qənim kəsildilər.
Uyma düşmən yalanına,
Poz hiyləsin, tez poz fəndin.
Yenə başın qovğalarda,
Qurtarmazmı sənin dərdin?
Qalx məzardan Oğuz xaqan!
Səsimə səs ver Mete xan!
Ruhun duysun Atilla xan!
Nadir şahim, sən də oyan!
Əldə qopuz Qorqud atam!
Qoyma olsun səfi pozan.
Yenidən bu dünya görsün,
Türkün hünərin, qüdrətin.
Yenə başın qovğalarda,
Qurtarmazmı sənin dərdin?
Əzmini kimsə qırmasın,
Sona kimi mətin ol sən!
Tarixin zülmətin qovub,
Parlaq günəş kimi doğ sən!
Daha zaman o zamandır,
Turan boyda Vətən ol sən!
Qoy dünyaya mesaj versin,
Təbriz boyda qədim şəhrim.
Başından duman çəkilsin,
Aydınlıq olsun səhərin.
Mafilə Müntəzir.
Xudaferin.eu
10:31