Oxucu məktubu

Qalib Əliyev

Siyasi düşmənçilik və milli genefonda zərbə

Siyasətin düşmənçiliyi amansız olur. O qədər amansız ki, intiqam hissi qardaşı-qardaşa qırdıra biləcək qədər. Azərbaycan polisinə və hüquq mühafizə orqanları əməkdaşlarına üzümü tuturam: 
Siz siz olun kimin üçünsə, kiminsə hakimiyyətini qorumaq üçün, kiminsə tiranlığına yem olmaq üçün çalışmayın. Özünüzə qisas günü hazırlamayın. O gün gəlsə, dağ da önünü ala bilməyəcək. Bu təkcə sizin yox, övladlarınızın, yaxınlarınızın da sonu olacaq. Bu qədər nifrəti sonu görünməyən bir iş üçün üzərinizə çəkməyin. Azərbaycan kişisini vəzifə xatirinə bu qədər kiçiltməyin, bu qədər alçaltmayın. Təqib etdiyiniz, əziyyət verdiyiniz insanları bu yolla qorxutmursunuz, özünüzün əbləh olduğunuzu isbat edirsiniz. Öncə Tanrıya, sonra övladlarınıza, ananıza, bacınıza, həyat yoldaşınıza KİŞİ kimi cavab verə biləcək simanızı itirməyin. Bu ayıbı özünüzə yaraşdırmayın. Biz düşmən deyilik, bizi düşmən edib hakimiyyətlərini qorumaq istəyənlərə bunu sübut edin. Sizin şəxsiyyətiniz hakimiyyətini qorumaq üçün sizdən alət kimi istifadə edənlərdən qat-qat artıqdır. Özünüzü bu qədər kiçiltməyin. Sizi rəzilliyə məcbur edənlər, zamanı gəldiyində özünüzü də bir anda satacaq, xərcləyəcəklər. Şəxsiyyətinizin bu qədər ucuz olduğuna müsadə etməyin. 
Orduxan Temirxanın bacılarını polis idarəsinə gətirən polis məmuru!..
Əmin ol ki bu məsələ ictimai qınağı aşdı və bu artıq kimsə sənə mükafat verməyəcək. Bunun əksinə, qulluq etdiyin sahiblərin belə bir hərəkətinə görə səni tənbeh edəcək. Bu qulluq mövqeyində olan digər məmurlar!!! Düşünün!!! Sizlərə də düşünmək düşür... Dəyərmi? Bu xalqın övladı kimə görəsə, nəyə görəsə öz anasına bacısına günahsız yerə əziyyət verə bilərmi? Kişinin heyfini qadından çıxarmı? Bir zamanlar qılıncının dalı da, qabağı da kəsən Eldar Mahmudovdan dərs alın!!! Sabah sizi də bu aqibət gözləyir!!! O zaman bu kütlənin əlindən sizi kim qurtaracaq? Hələ ki gec deyil, düşünün!!!

08:32