Ötən ilin ən mühüm siyasi hadisələrindən biri - Qərbi Azərbaycan İcmasının binasının açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə mühüm məqamları açıqladı, əhəmiyyətli mesajlar verdi. Bu görüş 2022-ci ilin ən mühüm siyasi hadisələrindən biri oldu, xüsusi tarixi tədbir kimi yadda qaldı.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, XIX əsrdə çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.
“Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşü zamanı indiki Ermənistanın tarixi torpaqlarımızda yaradıldığını, soydaşlarımızın həmin torpaqlardan sıxışdırılıb çıxarıldığını, soyqırımına məruz qaldığını xatırladıb. Dövlətimizin başçısı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyinə də toxunub. Məlumdur ki, sovetlər dönəmində bu məsələlər gizli saxlanılmışdı, o dövrdə yetişən nəsil həqiqi tarixi dəqiq bilmirdi, sovetlər ittifaqı isə azərbaycanlıları və erməniləri qardaş xalqlar kimi təqdim edirdilər. Yalnız müstəqillik əldə etdikdən sonra tarixi faktlar üzə çıxarıldı. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verdiyi qərarlar həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynadı. Ümummilli Liderimizin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində çox mühüm siyasi-hüquqi sənədlərdir. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu yöndə müəyyənləşdirdiyi siyasətini uğurla davam etdirir. Qərbi Azərbaycan İcmasının yeni, müasir tələblərə cavab verən inzibati bina ilə təmin olunması da bu siyasətin tərkib hissəsidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev öz doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub, İcmanın bir qrup ziyalıları ilə görüşüb. Ötən illərdə dövlətimizin başçısı doğum gününü məcburi köçkünlərlə qeyd edirdi. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməklə növbəti dəfə öz ənənəsinə sadiqliyini nümayiş etdirdi və Azərbaycan xalqına növbəti böyük bir hədiyyəsini təqdim etdi. Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. 2010-cu il iyulun 6-da Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı İcmasının mənzil-qərargahının açılışında bildirmişdi: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Bugünkü reallıq Azərbaycan Prezidentinin sözlərinin nə qədər uzaqgörənliklə deyildiyini sübut etdi. Bundan sonra həmin bina Qərbi Azərbaycan İcmasının binası kimi fəaliyyətini davam etdirəcək. Bu, həm rəmzi məna daşıyır, həm də Azərbaycanın bütün bölgədə yaratdığı yeni reallıqları və hədəfləri ifadə edir. Qərbi Azərbaycan məsələsi növbəti tarixi dövr üçün ölkəmizin gündəminə ən mühüm, ərazilərimizin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ kimi gündəliyimizə daxil olur”, - deyə Pərvin Kərimzadə vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı olaraq 44 günlük Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünü bərpa etdikdən sonra qarşımızda daha bir müqəddəs missiya və hədəf dayanır. Bu da Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına dinc şəraitdə qayıtmasıdır. Azərbaycan Prezidenti görüşdə bu barədə özünün dəyərli fikirlərini, gələcəyə baxışlarını ifadə etdi. Əminik ki, Müzəffər Ali Baş Komandanın möhkəm iradəsi və Azərbaycan xalqının əzmkar Qələbə ruhu sayəsində bu müqəddəs missiya şərəflə yerinə yetiriləcək.

Xudaferin.eu
15:22
Digər xəbərlər