Ötən il ölkəyə qeyri-leqal yolla 3.6 milyard dollar daxil olub

 

“Mərkəzi Bank 2016-cı il üzrə tədiyyə balansının göstəricilərini açıqlayıb. 2015-ci ilə nisbətən cari hesablar balansının kəsiri 6 dəfə artaraq 1.363 milyard dollara çatıb. Əvəzində maliyyə hesabının defisiti 4 dəfəyədək azalıb və 2.761 milyard dollar təşkil edib”.

Bu barədə iqtisadçı Rövşən Ağayev açıqlmasında bildirib: “Tədiyə balansının ümumi saldosunda 539 milyon dollar kəsir yaranıb. 2015-ci illə müqayisədə bu təxminən 20 dəfə azdır. 2015-ci ildə ölkədən çıxan və uçota alınamayan kaptalın həcmi 2 milyard dollardan çox olmuşdu”
“Maraqlı məqamlardan biri budur ki, ölkəyə daxil olan və uçota alınmayan vəsaitlərin həcmi 3.6 milyard dollardan çox olub. Bu vəsaitin sayəsində tədiyyə balansının kəsrini əhəmiyyəli dərəcədə azaltmaq mümkün olub. Halbuki 2015-c ildə ölkədən çıxan və uçota alınamayan kaptalın həcmi 2 milyard dollardan çox olmuşdu və kəsrin 11 milyad dollara çatmasının əsas səbəblərindən biri olmuşdu” - deyə iqtisadçı vurğulayıb.

 

Şamo
Hurriyyet.org

 

05:47