Ötən il Aİ ölkələrində sığınacaq almaq üçün 1,3 milyon sorğu verilib

 

 

2016-cı ildə Avropa İttifaqının 28 ölkəsində sığınacaq almaq üçün 1,29 milyon müraciət qeydiyyatdan keçib.

 

Bu barədə Avropa Statistika Agentliyi – “Eurostat” məlumat verib. “Keçən il Avropa İttifaqı hüdudlarında sığınacaq almaq üçün 1291785 sorğu qəbul olunub. Onlardan 1235355-i ilkin sorğulardır”, - deyə agentlik qeyd edir. Sığınacaq almaq üçün ilkin sorğular adətən mühacirlərin Avropaya gəldikləri ilk ayda verilir. Belə nəticə çıxarmaq olar ki, 1,23 milyon rəqəmi 2016-cı ildə Avropa İttifaqına gələn qeyri-leqal mühacirlərin sayını daha dəqiq əks etdirir. Təkrar müraciətlər isə miqrasiya xidmətlərinə ilkin sorğu rədd edildikdən sonra təqdim olunur.
Qeyd edək ki, Avropa ölkələrinə miqrant kimi axınların ən çoxu Misir, Suriya, İran, İraq, Somali, Əfqanıstan, Pakistan, Hindistan, Banqladeş, Əlcəzair, Mərakeş, Nigeriya ilə yanaşı, MDB-yə daxil olan Azərbaycan, Belorus, Rusiya, Özbəkistan, Türkmənistan və digər dövlətlərin vətəndaşlarıdırlar.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:23