Orqan satışı, dilənçi axını, işsizlik...

 

Cənab prezident, Bakı məmurlara ağ, bizə qara şəhər”

 

Azərbaycanda getdikcə gərginləşən sosial-iqtisadi vəziyyət insanları çıxılmaz hala salmaqda davam edir. Ölkədə tüğyan edən intihar dalğası ilə yanaşı maddi problemləri olan insanlar orqanlarını satmağa başlayıb. Acınacaqlı durumda olan belə şəxslərdən biri orqanını satıb. Şəhərin mərkəzindəki “Torqovı” küçəsində böyrəyini satan adamın elanı yerləşdirilib. Habelə, dilənçi axını müşahidə edilir.
Yenə şəhərdə dilənçilərin sayı, səyyar ticarətçilər artmaqdadır. Onlarla bərabər, işsizlik Bakıda tüğyan edir. Rayonlardan və kəndlərdən gəlib kirayələrdə yaşayaraq işləyən təbəqə getdikcə daha da yoxsullaşır. Bakı məmurlara ağ, kasıb təbəqəyə sözün əsl mənasında qara şəhər olub. Şəhərin urbanizasiya səviyyəsi artdıqca demoqrafik partlayış həddinə çatır. Üstəlik, Bakı bahalaşır, burada yaşam şərtləri ağırlaşır, həyat çətinləşir. Bura bahalı şəhərə çevrilir və ancaq varlıların yaşayacağı bir yer olmaqdadır. İndi maaşla dolana bilməyən müəllimlər belə şoferlik edir. Şəhərdə küçə ticarəti çoxalır, bəziləri yaşamağın mümkünsüz olduğunu görüb kyurd-yuvasına qayıdır. Bakı ağ adamların şəhərinə çevrilir. Kredit ödəyiciləri, banklara borcu olanlar, şəhid ailələri, aztəminatlı ailələr, qazilər olduqca kasıb yaşayır. Əslində Bakı sənaye və fəhlə şəhəridir.

Nazirlikləri, universitetləri və bəzi idarələri paytaxtdan köçürməklə yüngülləşdirmək olar. İqtisadiyyatda muzdla çalışan işçilərin sayının struktur vəziyyəti ölkədə əmək haqqlarının məhz nəyə görə qeyri-qənaətbəxş səviyyədə olduğunu əyani göstərir.

Ən mühüm səbəbi büdcə təşkilatlarında çalışanların sayının çox olmasıdır. Azərbaycanda muzdla çalışanlardan dövlət büdcəsindən asılı olan hissə olduqca çoxdur. Halbuki tərsinə olmalıdır.

Diqqəti çəkən digər məqam isə, muzdla işləyənlərin çox hissəsinin təhsildə çalışmasıdır: muzdla işləyənlərin 22,4 %-i təhsilin, 18,7 %-i ticarətin, nəqliyyat vasitələrinin təmirinin, 12,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 %-i tikintinin, 5,1 %-i nəqliyyat və anbar təsərrüfatının, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 %-i informasiya və rabitə sahəsi ilə 17,1 %-i iqtisadiyyatın digər sferalarının payına düşür.

Politika.Az

 

09:05