Ordumuz erməniləri şoka salıb: "İrəvan Hələbin gününə düşəcək"

 

Erməni silahlı birləşmələrinin Dağlıq Qarabağda həyata keçirməyə çalışdığı diversiya zamanı verdiyi itkidən sonra sosial şəbəkədə böyük ajiotaj yaranıb.
 

Lacin.info-nun məlumatına görə ermənistanın sosial şəbəkə istifadəçiləri Aprel hadislərinin təkrarlanacağını və təkcə Qarabağın deyil, Ermənistanın belə Suriyanın  Hələb şəhərinə dönəcəyni vurğulayıblar. Sosial şəbəkə istifadəçisi Daron Malikyan qeyd edib ki, müharibə qaçılmazdı: "Bu dəfə, Aprel hadisələrindən dəhşətli günlər yaşaya bilərik. Qarabağ bir tərəfə, İrəvanın özü belə Aleppoya çevriləcək".

Aren Şahvinyan adlı sosial şəbəkə istifadəçisi: " Hər dəfə xeyli itki veririk. Nəticəmiz isə sıfırdır. Belə getsə axırımıza çıxacaqlar".

Qeyd edək ki, fevralın 8-də saat 11.00 radələrində düşmənlə təmas xəttinin şimal istiqamətində diversiya zamanı işğalçı Ermənistan ordusunun əsgəri 1979-cu il təvəllüdlü, müqavilə əsasında xidmət keçən Geqam Manukyan öldürülüb, 1998-ci il təvəllüdlü əsgər Koryun Kirakosyan isə ölümcül yaralanıb.

Lacin.info

 

08:49