OPEC eyforiyası bitdi: Neft yenə enişdə

Dünən səhər saatlarından başlayaraq neftin qiymətində ucuzlaşma müşahidə olunmağa başlayıb. Beləliklə də OPEC ölkələrinin hasilatın azaldılması barədə 30 noyabrda imzaladığı qərarın ardınca yüksələn neft qiymətləri enişə keçib. Brent markalı neftin dəyəri 1,2% ucuzlaşaraq 53,3 dollara düşüb. WTI markalı neftdə də ucuzlaşma qeydə alınıb. Bu gün birjalarda bu markalı neft dünənkindən 0,6% ucuz, yəni 50,65 dollara satılıb.

Qeyd edək ki, Vyanada keçirilən OPEC iclasından sonra qiymətlərin yüksəlməsinin davamlı olmayacağını bir çox ekspertlər vurğulamışdı.

Xudaferin.eu

13:02