Əhməd bəy Ağaoğlu hər bir azərbaycanlının tanımalı olduğu böyük mütəfəkkir və filosofdur. Sarbonna universitetini bitirib, Rene kimi, Cəmaləddin Əfqani kimi nəhəng filosoflarla ünsiyyətdə olub. Leninlə görüşüb, Atatürklə dostluq edib.
Dərin və çoxşaxəli biliyi ilə toplumu irəli aparıb. 5-6 xarici dil bilib, 21 yaşında Londonda ingilis dilində İslam dinində hüquq mövzusunda məruzə edib. Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycanda milli düşüncənin və türkçülük ideyasının yayılmasına böyük töhfə verib. Parlaq publisistikası, mətbu fəaliyyəti (“Kaspi”, “Həyat”, “İrşad” və s.) ilə millətin gözünü açıb, 1905-1907-ci illərdəki erməni-müsəlman davasında əsas millət təəssübkeşi olub, “Difai” adlı müqavimət təşkilatını yaradıb. M.Ə.Rəsulzadə Ağaoğlunu o dövr üçün “milli cəbhənin pn səngərində dayanan şəxsiyyət” adlandırıb.
Ə.B.Ağaoğlu Azərbaycan Cümhuriyyəti parlamentinin və Türkiyə Böyük Millət Məclisinin deputatı olub. Qardaş ölkədə də mətbu fəaliyyətlə məşğul olub, eyni zamanda milli özünüdərk, siyasət, hüquq və demokratiya, dilçilik, şərqşünaslıq-islamşünaslıq haqqında qiymətli əsərlər yazıb.
Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun vəfatı günü idi.. Allah rəhmət eləsin!
Onu yad etmək bizim şərəf borcumuzdur

Professor Qulu Məhərrəmli
Xudaferin.eu
13:48
Digər xəbərlər