ONLAR HAKİMİYYƏTDƏ 50 FAİZ TƏMSİL OLUNSALAR VƏTƏN CƏNNƏTƏ ÇEVRİLƏR .....

Ömrünün 35 ilini qürbət ölkələrdə yaşayan ; Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri , "Xudafərin" jurnalının və eyni adlı saytın rəhbəri -- Elman Mustafazadə
bu günlərə sosial şəbəklərdə yazmışdır ki :
=Allah vətənimizi korrupsener məmurlardan qorusun !!!
Ölkəmizi korrupsiya girdabında boğanların 90 faizi xarici ölkələrin [ əsasən : Rusiya , İran və bəzi Avropa ölkələrinin ] maraqlarına xidmət edən məmurlardır.
Onlardan fərqli olaraq ; Vətənini evi, vətəndaşını ailə üzvləri kimi sevən; ana dilini, yurdunu müqəddəs bilən, bir çox yabançı dilləri bilməklə yanaşı geniş dünya görüşünə malik, elin sərvətini deyil dərdini çiyinlərində daşıyan, milli maraqları hər şeydən uca tutan soydaşlarımız Azərbaycanımızı yaşadırlar.
Əsil vətənpərvər insanlarımız hakimiyyətdə və müxalifətdə cəmi 3-5 faiz təmsil olunurlar.
Buna baxmayaraq ; elin - Vətənin
yükünü çəkən də onlardır.
Əgər əsil vətənpərvər insanlarımız
hakimiyyətdə 50 faiz təmsil olunsalar Vətənimiz - Azərbaycan cənnətə dönəcək...=
Bu fikirləri oxuyarkən Elman Mustafazadənin Vətənimizin , millətimizin, xalqımızın taleyi üçün nə qədər narahat olduğunu görürürük.
Elman Mustafazadə
ürək ağrısı ilə qeyd edir ki ,
əgər tənbəlliyin daşını atıb, yaltaqlığı, riyakarlığı bir kənara qoysaq, biri-birimizə qarşı paxıllığa son versək ; vətənimizi çox ölkələrdən irəli çıxara bilərik.
Millətin taleyi korrupsener məmuralara etbar edilməz !!!
Düşünürəm ki , Elman Mustafazadə həqiqətləri deyir.
Şəxsən , Mən - Qəvami Sadıqbəyli vətənpərvər Ziyalımız Elman Mustafazadə ilə 30 ilə yaxındır əməkdaşlıq edirəm.
Elman Mustafazadə 1990 - cı ildən Avropada yaşayır.
Bu illər ərzində Elman Mustafazadə öz zəhməti ilə qazandığı vəsaitlə Avropada Azərbaycanımıza həsr olunan
saysız - hesabsız tədbirlər keçirib. Çətin vəziyyətə düşən soydaşlarımıza kömək edib. Respublikamızın nailiyyətləri , görkəmli Şəxsiyyətləri haqqında məlumatları ; xüsusiylə, vaxtıylə
işğal altlnda qalan Qarabağ həqiqətlərini Avropa ölkələrinin ictimayyətinə çatdırıb.
Bütün bu əziyyətləri çəkən ziyalı soydaşımız Elman Mustafazədə ömrünü Azərbaycanımıza həsr edib.
Mən də öz tərəfimdən dostum , əqidə qardaşım Elman Mustafazadəyə möhkəm Can sağlığı , fəaliyyətində yeni yeni uğurlar arzulayıram.

Mövzunu qələmə aldı : Qəvami Sadıqbəyli.

Solda Qəvami Sadıqbəyli , sağda Elman Mustafazadədədir.

Xudaferin.eu

21:58