“Ömrü də Şah İsmayıl qədər olsun” statusuna görə 5 il 6 ay həbs
“Elgiz Qəhrəman siyasi sifariş əsasında həbs edilib, onunla bağlı verilən hökm də siyasi sifarişdir”. NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsəd AzadlıqRadiosu-na belə deyir.
“Özünün və vəkillərinin sözlərinə görə, baş nazirin müavini Əli Əhmədovun referendumla bağlı açıqlaması vardı, Elgiz də sosial şəbəkədə buna münasibət bildirmişdi: “Ömrü də Şah İsmayıl qədər olsun”. Onu həbs edəndə məhz bu statusunu göstərmiş və niyə yazdığını soruşmuşdular. Sonradan onu FETÖ-çü kimi təqdim etdilər, cibinə narkotik atdılar. Yəni tam siyasi qərardır”, - Samir Əsəd belə söyləyir.
Ötən ilin sentyabrında keçirilən referendumda prezident seçkilərinə qatılmaq istəyənlərin yaş məhdudiyyəti aradan götürülüb. Bəzi iddialara görə, Konstitusiyaya bu dəyişikliklə indiki prezident İlham Əliyevin oğlunun gələcəkdə seçkilərə maneəsiz qatılması hədəf götürülüb. Referendumöncəsi, bununla bağlı tənqidlərə cavab olaraq, baş nazirin müavini Əli Əhmədov Şah İsmayıl Xətainin də erkən yaşda hakimiyyətə gəldiyini bildirmiş və bu yanaşma sosial şəbəkədə qızğın müzakirələrə yol açmışdı. Samir Əsədin fikrincə, hakimiyyət gənc fəalları “narkotik ittihamı ilə şərləyib tutur”: “Siyasi hakimiyyətin Azərbaycan gəncliyinə münasibəti belədir, onları narkotiklə ittiham edir, şərləyir, işgəncə verir”.
“Növbəti nümunə”
Hüquq müdafiəçisi Rəsul Cəfərov Elgiz Qəhrəmanın həbsini “Azərbaycanda siyasi qərarların çıxarılması praktikasının növbəti nümunəsi” adlandırır: “Ona qarşı irəli sürülən ittiham sübut edilmədi. Biz məhkəməni diqqətlə izləmişik. Məhkəmədən qabaq baş verənlər, Elgiz Qəhrəmanın Fetullah Gülənə yaxın şəxs kimi həbsi, hakimiyyətə yaxın saytlarda bu haqda yazıların hazırlanması, sonradan bu yazıların silinməsi və ona qarşı narkotik maddə ittihamının irəli sürülməsi, iki gün ərzində harada saxlanması haqqında məlumat verilməməsi, işgəncələrə məruz qalması barədə dedikləri ciddi araşdırılmalıdır. Buna görə də onunla bağlı qərarı siyasi sifariş sayırıq”.
Rəsul Cəfərov vəkillərin bu işdən apellyasiya şikayəti verəcəyinə əmindir. Ancaq “praktikaya söykənərək” deyir ki, adətən, bu cür “siyasi sifarişlə azadlıqdan məhrum edilənlərlə” bağlı şikayətlər təmin olunmamış qalır. Elgiz Qəhrəmanın anası Səadət Məmmədova da oğlunun narkotik ittihamı ilə həbsini “ədalətsiz” sayır: “Elə şey ömründə ola bilməz. Mən uşağımı tanımıram? Uşağım kitabla, elmlə məşğuldur. Ətrafındakıların da hamısı savadlı, mərifətli uşaqlardır. Elə şeyi, yüz il qalsa, ağlıma gətirmərəm”.
Xatırlatma
Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.
Prokuror gənc fəala 6 il həbs cəzası istəmişdi.
Elgiz Qəhrəmanın həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Azadliq.info
11:44
Digər xəbərlər