“ÖLÜMÜN BİR ADDIMLIĞINDA” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

09 oktyabr 2026-cı il

2026-cı il oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasında yazıçı Dilarə Nağıyevanın müəllifi olduğu “Ölümün bir addımlığında” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış alimlər, ziyalılar, şəhid anaları, qazilər, Milli Məclisin deputatları, icra hakimiyyəti nümayəndələri, kitabın qəhrəmanı Vasif Tağıyevin ailə üzvləri və çoxsaylı fəxri qonaqlar iştirak ediblər.

Kitab 2023-cü il yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücum zamanı göstərdiyi qəhrəmanlığa görə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş Vasif Tağıyevin şücaətinə həsr edilib.

Həmin faciəli hadisə zamanı xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan, səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun əziz xatirəsi də kitabın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur.

Təqdimat mərasimində şəhid Orxan Əsgərovun həyat yoldaşı Aynur xanımın iştirakı tədbirə xüsusi mənəvi məna qatıb. Onun şəhidin həyatı, şəxsiyyəti və ailəsinə bağlılığı ilə bağlı xatirələri iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb.

“Ölümün bir addımlığında” kitabı Azərbaycan övladlarının cəsarətini, Vətənə sədaqətini və ən çətin məqamlarda belə geri çəkilməyən iradəsini gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür əsərlər qəhrəmanlarımızın şücaətinin yaşadılması, şəhidlərimizin xatirəsinin qorunması və milli yaddaşımızın zənginləşdirilməsi işinə xidmət edir.

Qəhrəmanlıq unudulmur, şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır!

Xudaferin.eu

13:17