Ölkəmiz növbəti beynəlxalq konfransda təmsil olunub

Rusiyanın paytaxtı Moskvada “Elektron sənədlərin idarə olunmasının aktual problemləri” mövzusunda XXIV Beynəlxalq konfrans təşkil edilib.

Rusiyanın Federal Arxiv Agentliyi və Ümumrusiya Sənədşünaslıq və Arxiv İşi üzrə Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə reallaşan konfransda ölkəmizi Milli Arxiv İdarəsinin əməkdaşı Natiq Eminov təmsil edib.

Konfransda ölkəmizlə yanaşı, Belarus, Almaniya, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Polşa, Sloveniya, Tacikistan, Özbəkistan, Finlandiya və İsveçdən olan aidiyyəti nümayəndələr də iştirak edib.

Konfrans çərçivəsində elektron sənədlərlə iş, kağız əsaslı arxiv sənədlərin elektron daşıyıcılara köçürülməsi informasiya sistemlərinin təhlükəsizliyi, data mərkəzlər, habelə elektron sənədlərin hüquqi qüvvəsi və digər mövzularla bağlı məruzələr dinlənilib.

Konfrans işini seminar və “dəyirmi masa”larla davam etdirib.

Xudaferin.eu

21:30