"Ölkədə yararlılıq müddəti 6 ay olan və İrandan gətirilən xamalar, qaymaqlar satılır"
Eyyub Hüseynov: “Bu sahədə böyük hərc-mərclik var”
Ölkə bazarında satışda olan bəzi süd və süd məhsullarının üzərində saxlanma müddətinin 3 ay və ya daha çox olması ilə bağlı qeydlər mövcuddur. Maraqlıdır, süd və süd məhsullarını hansı tarixə kimi saxlamaq olar? Bu məhsulları bir neçə ay saxlamağın mümkünlüyü ilə bağlı istelsalçılar tərəfindən edilən qeydlərə etibar etmək mümkündürmü?
Bu barədə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bazarda kimyalaşmış süd məhsullarının olduğunu vurğulayıb: “Bu sahədə çox ciddi problemlər yaşanır. Dəfələrlə süd məhsulları istehsalçıları məni yığıncaqlara çağırıblar. Məndən xahiş ediblər ki, bir protokol imzalayaq, süd məhsulunun yararlılıq müddətini uzadaq. Mən bir dəfə də olsun belə təkliflərə razılıq verməmişəm. Lakin özünü alim adlandıran ərzaq malları üzrə əmtəəşünaslar toplaşaraq belə protokollar imzalayıblar. Bu sahədə ölkədə böyük hərc-mərclik var. Bir qrup şəxslər belə qərar verir ki, guya bu məhsulların saxlama müddətini uzatmaq olar. Iki il öncə ölkənin əmtəə bazarına şüşə qablarda qablaşdırılan, yararlılıq müddəti 4 gün olan süd çıxanda mən özümü çox xoşbəxt hiss etdim. Bu gün ölkədə yararlılıq müddəti 6 ay olan və İrandan gətirilən xamalar, qaymaqlar satılır. Bu qaymaqları yeyəndə qaymaq dadı gəlir. Qoxusu da qaymaq qoxusudur. Lakin bu mallar kimyalaşmış maldır. Bu cür mallar müəyyən texniki şərtləlrə hazırlanır. Müəssisə özü texniki şərt hazırlayır. Bəzi adamlar da qol çəkir ki, guya bunlar texniki şərtə uyğundur. Onu müəyyən tarixə qədər saxlamaq olar. Bu sahədə böyük qanun pozuntusu var. Bu mallar kimyalaşmış mallardır. Bu, standartların pozulmasıdır”.

Turaninfo.az
10:08
Digər xəbərlər