Ölkədə gənclərin geyim azadlığı pozulurmu - yazılmamış qaydalar...
Dress koda əməl etməmək cinayət məsuliyyəti yaradırmı?
Bakı şəhər sakini Azər Kərimov “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını deyir. A.Kərimov adıçəkilən problemlə Nəsimi rayonu 54 saylı notariat kontorunda qarşılaşdığını bildirib. O qeyd edib ki, hadisə 10 gün qabaq baş verib: “İdarəyə etibarnamə almaq üçün getmişdim. Əynimdə də ”şortik" var idi. Bu zaman notariusun köməkçisi yaxınlaşıb dedi ki, bu geyimdə məni içəri buraxa bilməz. \
Ona belə bir qadağanın olmadığını izah etsəm də, yenə də polisə göstəriş verdi ki, məni içəri buraxmasınlar. ASAN Xidmətə də “şortik”də getmişəm. Heç nə deyən olmayıb. Məcburən yoldaşım ora yaxınlaşdı. Ancaq sənədlər mənimlə bağlı olduğuna görə məsələmiz həll edilmədi. Mən tələsik həll etməli olduğum məsələyə görə əlavə vaxt itirdim və başqa notarius xidmətinə müraciət etməli oldum".
Bir neçə il öncə İsmayıllı rayonunun Lahıc qəsəbəsində insanların şortla gəzməsinə qadağa qoyulması ilə bağlı məlumatlar yayılmışdı. Sosial şəbəkədə paylaşılan elanda qeyd olunmuşdu ki, gələn qonaqlar qəsəbənin adət-ənənələrinə riayət etməli, milli ənənələrə uyğun olmayan paltarlarla - şortla gəzməməlidir. Lakin Lahıc bələdiyyəsi sözügedən məsələ barədə açıqlama verərək, şort geyimi ilə bağlı qadağanını illər öncə ləğv edildiyini qeyd etmişdi.
Bu məsələdə diskriminasiyaya uğradığını daha çox gənc nəslin nümayəndələri qeyd edir. Zaman-zaman bu mövzuda şikayətlər mətbuatda və sosial şəbəkələrdə gündəmə gəlir. Gənclər niyə geyimlə bağlı terror qurbanı olur? Yaxud onlar dress-kod göstərişinə riayət etməməkdə haqlıdılarmı? Gənclərin geyim məsələsindəki azadlığı məhdudlaşırmı? Məhdudlaşmalar nədə və nə qədər haqlıdır?
Geyim azadlığı məhdudlaşırsa, dress kodu bir daha oxuyun
Sualların cavabına keçmədən öncə xatırladım ki, dünya təcrübəsində bu prosesin tənzimlənməsi dress-kodla tənzimlənir. Yəni hara necə geyinmək məsələsi məhz bu dress kod əsasında həll olunur. “Dress-kod” termini Böyük Britaniyada yaranıb və qısa müddətdə bütün dünyaya yayılıb. Müasir dress-kod qayda və standartların bütövlüyü, işgüzar insanın qəbul edilmiş normalarıdır. Geyim seçimində əsas qayda onu vaxta və şəraitə görə seçməkdir.
“White Tie” ifadəsi tərcümədə “ağ qalstuk” deməkdir. Balda, banketdə, diplomatik qəbullarda, cıdırda və toyda ciddi, rəsmi variant hesab edilir. Kişilər: kişilər üçün bu, qara frak, qara şalvar deməkdir. Ağ köynəyi ağ kəpənək qalstuk tamamlamalıdır. Ayaqqabı və corab yalnız qara rəngdə olmalıdır. Qadınlar: məhz belə gecəyə ipəkdən, məxmərdən və ya taftadan paltar geyinmək olar və lazımdır. Açıq dekolte sinə şalla örtülür, bəzək əşyaları ancaq bahalı metallardan olmalıdır, dirsəyə qədər əlcək taxılmalı və kiçik ölçülü çanta götürülməlidir. Saçlar səliqəli şəkildə hündür toplanmalıdır.
“Black Tie”, “Cravate Noire”, “Tuxedo” - dress-kodu ciddi gecə tədbiri, məsələn, teatr üçün nəzərdə tutulur. Kişilər: cüt və ya tək düyməli smokinq geyilir. Köynək isə ağ rəngdə olmalıdır. Kəpənək qalstuk qara rəngdə. Kişilər üçün vacib atribut enli qurşaq, yəni belbağı hesab edilir. Ayaqqabı da qara rəngdə olmalıdır. Döş cibində yaylıq və butonyör (yaxaya taxılan qönçəli sancaq) ola bilər. Qadınlar: donun uzunluğu dizdən yuxarı da ola bilər, döşəməyə qədər çata da bilər. Dəri və ya parçadan incə kəmərli saat və yaxud bahalı daş-qaşlı qolbaq, bilərzik taxmaq olar.
“Black Tie” ifadəsi ilə yanaşı “Invited” sözü yazıla bilər. Bundan başqa, dəvətnamədən “Optional”, “Creative” sözləri yazıla bilər. Bu, o deməkdir ki, qaydalara riayət etmək vacib deyil, obrazınıza yaradıcı yanaşa bilərsiniz. Qadınlar kişmir sviterlə uzun ipək yubka geyinə, kişilər isə standart olmayan rənglərdən istifadə edə bilərlər.
“Cocktail Attire” ailə şənlikləri, kokteyl və digər mərasimlər üçün münasibdir. Kişilər: qara kostyumsuz və qalstuksuz. Qadınlar: zərif və məlahətli görünməlidirlər. Bu dress-kod həm ofis, həm gecə üçün yararlıdır. Ona görə ki, həm kostyum, həm də kokteyl üçün donlar geyinmək olar. Özünüzlə kiçik ölçülü çantalar götürə, bijuteriya taxa bilərsiniz.
Kim harada, necə geyinməlidir?
Formal - rəsmi gecə mərasimi - “Black Tie” anlayışına çox yaxındır. Lakin bəzən geyimə yaradıcı yanaşmaq, dəbli detallardan istifadə etmək olar.
“Semi Formal” - yarırəsmi dress-kod. Kişilər: mərasimdən asılı olaraq pencəyin altından nazik cemper geyinə bilərsiniz. Qadınlar: saat 8-ə kimi şalvarlı kostyumlar və ya dəbdəbəli gündəlik don geyinə bilərsiniz. 8-dən sonra kokteyl üçün donlar, tutalım qara qısa don.
“Casual” Kişilər: bu dress-kod ən demokratikdir. Vəziyyətdən asılı olaraq işgüzar kostyumu köynək, sviter və ya jaketlə geyinə bilərsiniz. Cins, pencək, pambıqdan və ya trikotajdan futbolka geyinə bilərsiniz. Təbii ki, işgüzar xarakterli tədbirə daha ciddi variant seçsəniz yaxşı olar. Qeyri-rəsmi görüşlərə isə keyfiyyətli cins də geyinmək olar. Qadınlar: demək olar ki, hər şey geyinə bilər - gündəlik və ya ofis stilində donlar, həmçinin cins, yubka və s. Aksesuarları düzgün seçməklə obrazınızı tamamlaya bilərsiniz. Əsas odur ki, bayağı deyil, dəbli görünəsiniz.
“A5" (”After five") Bu dress-kod saat 5-dən sonra restoran və ya kafedəki çağırılmış dəvətlər, mərasimlər üçün münasibdir. Kişilər: işgüzar kostyumla rəngli, parlaq köynək geyinə bilərlər. Qadınlar: mütləq gözəl, bayramsayağı, gündəlik geyimdən fərqli geyinməlidirlər.
Şortik isə bütün hallarda iş dünyasında qəbul olunmayan geyim növü sayılır. Şortik ingilis dilində “short” (“qısa”) sözünün oxunuşu olaraq türk dilinə girib. Əsas quruluşu baxımdan alt paltarı ilə eyni olmaqla bərabər, ondan fərqi alt paltarı məqsədli yox, gündəlik həyatda üst geyim məqsədilə də istifadə edilir. Şortiklər həm gündəlik geyim forması, həm də idman geyim forması kimi istifadə edilir. Gündəlik həyatda üst geyim məqsədli istifadə edilənlər isə beldən kəmərlidir. Bermuda şortik kimi özəl formaları da var.
1932-ci ildə ingilis tennisçi Henri Banni Ostin ilk dəfə qısa şortla tennis kortuna çıxaraq bir ilki gerçəkləşdirib.
Geyimlə bağlı İnzibati Xətalar Məcəlləsində nə var?
Amma qanunvericilik deyir ki, geyimə görə vətəndaşları hansısa çərçivəyə salmaq və ya geyimin açıqlığında müəyyən həddin gözlənilməsini tələb etmək düzgün deyil. Təbii ki, müasir dövrdə bir sıra şirkət və ya təhsil müəssisələri daxili nizam qaydalarında geyimlə bağlı məhdudiyyətlərin qoyulması normaldır. Lakin gündəlik həyatda vətəndaşlar istədiyi kimi geyinə bilərlər.
Ümumən isə İnzibati Xətalar Məcəlləsində geyimlə bağlı vətəndaşların cərimə olunması və ya məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Belə ki, vətəndaşlar ictimai yerlərdə geyimsiz gəzdiyi halda bu, ictimai asayişin pozulması kimi qiymətləndirilir. Geyimsiz evdən çıxan və bu cür vəziyyətdə küçədə gəzənləri isə polislər saxlamalıdır. Bu tərzdə ictimai yerlərdə görünən adamları məhkəməyə də vermək olar. Geyimdə açıq-saçıqlığın həddinin gözlənilməsi, minimum geyimin nə qədər olması isə qanunvericilikdə göstərilmir.
Onlara bu geyimləri qadağan ediblər
Bir neçə il öncə İranda yeni bir qərarla qız tələbələrin dar cins şalvar və dar palto geyinmələri yasaqlanıb. Oğlan tələbələrin isə “qısa qollu” geyinməsi qadağan edilib. Bundan başqa, qız tələbələrin dırnaqlarını uzatması və tatuaj etdirməsi də qadağandır. Yaylıq taxmadan, sadəcə, papaqla gəzmək də qaydalara uyğun deyil. Oğlan tələbələrin isə saçlarını boyaması, qaşlarını alması, dar qiyafələr və “həddən artıq qısa qollu köynəklər” deyinmələri yasaqlanıb.
FARS xəbər agentliyi bu qadağanın bütün universitetlərdə keçərli olduğunu bildirib. Amma bunların niyə seçildiyini açıqlamayıb. İranda 1979-cu ildə İslam İnqilabından bəri qadınların geyimi ilə bağlı bir çox düzənləmə həyata keçirilir. Xüsusən yay aylarından öncə geyimlə bağlı xəbərdarlıqlar yayımlanır və din polisinin basqınları artır. Rəhbərliyin qış aylarında belə bir qərar almış olması bu səbəbdən də birmənalı qarşılanmadı. Qadağanı dəstəkləyən din adamları da dar cins şalvarın kişiləri təhrik etdiyini deyir. Bundan başqa, tələbələrə braziliyalı yazar Paulo Koelyonun kitablarını oxumaq da qadağan edilib. “Kimyagər” romanının yazarı bildirib ki, kitablarına bu ölkədə niyə yasaq qoyulması ilə bağlı hər hansı məlumatı və versiyası yoxdur.
“İndependent”da yer alan xəbərə görə, İngiltərədəki 40 məktəbin qız şagirdlərinin dərslərə yubka ilə girməsi yasaqlanıb. Artıq hər kəs şalvar geyinmək məcburiyyətindədir.
Qıraqdan baxanda çox qəribə bir yasaqmış kimi görünür. Amma əsaslandırması ondan da qəribədir. Bu 40 məktəbdəki rəhbərlik yeni qadağa sayəsində ayrı-seçkiliyin qarşısını almağı hədəfləyib. Qadağa ilə bərabər transseksual tələbələri dəstəkləmək, transseksual tələbələrə həqarət edilməsinin qarşısını almağı hədəfləyir.
Hətta bu məktəblərdən birinin direktoru “Uniforma dəyişikliyi qərarının altında bərabərlik yatır. Cinsiyyət baxımından tərəfsiz bir qiyafət, trans tələbələrimizi də həqarətlərə qarşı qoruyacaq” deyib. Bundan öncə də İngiltərə mediasında oğlan tələbələrin dərslərə yubka ilə gələ bilmələrinə icazə verilməsi barədə yazılmışdı.
“Özünü məmur kimi göstərib, qalstuk geyinən gənclər...”
Sosioloq Əli Təhmasibov hesab edir ki, əslində geyimlə bağlı normalar cəmiyyətdə mütləq olmalıdır. Onun fikrincə, geyim məsələsini başlı-başına qoymaq olmaz: ““Hər bir geyim tərzi insanın xarakterini ifadə edir” deyən müsahibimizin sözlərinə görə, insanın geyiminə baxmaqla onun xarakteri barədə müəyyən fikir demək olar: “Hər bir geyim tərzinin yeri var əslində. Yayın ortasında qalstuk taxmaq, qara kostyum geyinmək kənardan da pis görünür. Toyda kostyum-şalvar dəsti geyinib, altından jilet geyinən bir nəfər də görmüşəm. Bizim xalqda geyim mədəniyyəti arzuolunan səviyyədə deyil. Fikir vermisizmi, bizdə insanlar qara rəngli geyimə üstünlük verirlər. Özünü məmur kimi göstərmək, işçilərdən bunu tələb etmək yarımçıqlıq kompleksidir. Bu, insanların inkişaf etməməsidir”.
Müsahibimizin fikrincə, Qərbdə istənilən məmur istənilən səviyyədə geyinir və məmurluğunu geyimlə göstərmir: “Bizdə yayda tər axa-axa qalstukunu taxıb, üstündən də pencək geyinənlər avamlıq, yarımçıqlıq kompleksindən əziyyət çəkirlər”.

Sevinc TELMANQIZI,
Xudaferin.eu
12:26
Digər xəbərlər