Okeanda sualtı üzgüçülük yarışının qalibi soydaşımız Tomris Mustafazadə oldu

Dünya su idmanı yarışlarında sualtı üzgüçülük növü “fridayvinq” adlanır. Əslində bu idman növü ən yeni sahə sayılır. Sualtı üzgüçülük yarışında əsas şərt idmançının öz nəfəsi ilə hovuzun, dənizin və ya okeanin dərin qatlarında üzməkdir. Keçən əsrin 80-ci illərindən başlayaraq qadınlar arasında fridayvinq idman növü papulyarlıq qazanmağa başladı. Azərbaycanda hələ ki, bu idman növü kütləvi xarakter almasa da, fridayvinqlə  peşəkar səviyyədə məsğul olan ilk azərbaycanlı qızı, qürbətdə yaşayan, əslən Qarabağlı Tomris Mustafazadə İndoneziyada keçirilən çempionatın qalibi olub. O, Niderlandın adından fərdi şəkildə bu ölkənin bayrağı altında yarış istirakçısı olsa da, əldə etdiyi qələbəsini mobil telefonunda Azərbaycan bayrağını numayiş  etdirməklə özünün   facebook səhifəsində bunları yazıb: “fridayvinq idmanı ilə məşğul olan ilk azərbaycanlı qızı olmağımla fəxr edirəm”.

Xatırladaq ki, Tomris Mustafazadə Bakıda doğulub və bir yaşı olanda valideyinləri ilə birlikdə Avropaya mühacirət ediblər. Uşaqlıqdan üzgücülük, yüngül atletika, king- boks və idmanın digər növləri ilə məşğul olan Tomris son illər fridayvinq idman növü onun hobbisinə çevrilib. Soydaşımız Tomris Mustafazadə “Amsterdam Dövlət Universiteti”nin hüqüq fakültəsini bitirərək “İnsanlığa qarşı cinayət ixtisası” üzrə magistr dərəcəsi alıb və hazırda Hollandiyanın hüquq mühafizə orqanlarında çalışır.
P.S. Onu da qeyd edək ki, dilçiliyə böyük həvəs göstərən Tomris Mustafazadə ana dilindən başqa, əlavə 7 dildə sərbəst danışır. Tomrisin ən böyük arzusu Qarabağı və Şuşanı azad görməkdir. Biz “XUDAFERİN.EU” saytı olaraq öz növbəmizdə belə dəyərli soydaşımızla yalnız fəxr edirik. Onu da qeyd etmək gərəkdir ki, Tomris Avropada ilk milli diaspor təşkilatlını yaratmış, “Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri və Polşada çap olan “Xudafərin” dərgisinin təsisçi-baş redaktoru Elman Mustafazadənin qızıdır. Uğur olsun Tomris!..

Xudaferin.eu

15:46