Odessadakı soydaşlarımızdan dünya azərbaycanlılarına mesaj: “Biz birlikdə güclüyük”
Odessa vilayətindəki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə azərbaycanlı ailələr üçün bayram şənliyi təşkil edib. Tədbirdə Əhməd Cavad adına Azərbaycan məktəbinin müəllimləri və şagirdləri iştirak etdilər. Azərbaycan şairlərinin şeirlərini səsləndirən şagirdlər, Azərbaycan xalq mahnılarını oxuyub, milli rəqslər ifa ediblər. Əsl Azərbaycan ruhunun yaşandığı tədbir bir-birindən maraqlı ifa və səhnələrlə davam edib.
Tədbirdə iştirak edən məşhur müğənni və şomen Amin Şah Azərbaycan dili ilə yanaşı, Ukrayna və gürcü dillərində mahnılar ifa edib.
Daha sonra tədbir iştirakçılarına təşkilatın Qadınlar Şurasının üzvləri tərəfindən hazırlanan şirniyyatlar təqdim edilib. Üzərində Azərbaycan xəritəsinin əks olunduğu tort isə bütün tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Bayram şənliyində iştirak edən bütün uşaq və qadınlara hədiyyələr paylanılıb.
Tədbirdə iştirak edən diapsor fəalları qeyd edib ki, bu cür tədbirlər Odessadakı azərbaycanlılar arasında birlik və həmrəyliyin güclənməsinə, Azərbaycana bağlılığın möhkəmlənməsinə kömək edir, Azərbaycan tarixinin, adət-ənənlərinin yaşadılması və təbliğinə yardımçı olur. Bu cür tədbirlər, həm də Odessadakı azərbaycanlıların Ukrayna mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmağa, Ukrayna cəmiyyətinə daha dərindən intreqrasiya etməyə imkan verir.
Bayram şənliyinin iştirakçıları sonda tədbir iştirakçılarına öz təşəkkürlərini bildiriblər.

Seymur ƏLİYEV
02:30
Digər xəbərlər