"Nüvə düyməsi masamın üzərindədir" - Kim Çen In

Şimali Koreya 2017-ci ildə milli nüvə qüvvələrin yaradılmasını yekunlaşdırıb.

Xudaferin.eu-nun TASS-a istinadən məlumatına görə, bu barədə ölkənin lideri Kim Çen In bəyan edib.

Onun sözlərinə görə, KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır.

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

“ABŞ-ın bütün ərazisi nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyil,” - deyə o bildirib.

Xudaferin.eu

19:07