Bu gün azad nəfəs aldığımız, üçrəngli bayrağımızın qürurla dalğalandığı Bakı bizimdir! Azərbaycan bizimdir!
Amma, ey Azərbaycan gənci, bir anlıq telefonunu kənara qoy…
Səhər gözlərini açdığın o rahat otağı, məktəbə və ya universitetə tələsdiyin yolu, dostlarınla görüşdüyün küçələri, kafedə içdiyin bir stəkan çayı, axşam evinə dönərkən gördüyün Bakı işıqlarını düşün…
Sən bunları adi həyatın bir parçası hesab edirsən.
Amma bir vaxtlar bu torpaqlarda azad sabahın özü adi bir şey deyildi…
Bu küçələrdə azad gəzmək, bu şəhərdə rahat yaşamaq, bu torpaqda Azərbaycan deyə bir Vətənin varlığını qorumaq uğrunda insanlar can qoyub, qan töküblər.
1918-ci ildə Bakını və Azərbaycanı rus-erməni işğalından xilas etmək üçün döyüşən Qafqaz İslam Ordusunun qəhrəman komandanı Nuri Paşanı məhz buna görə unutmaq olmaz!
Ey Azərbaycan gənci!
Sən bu gün məktəbə gedirsən. Bir anlıq düşün:
Sənin yaşadığın bu azad günlər kimlərin fədakarlığı bahasına gəlib?
Sən universitetə gedirsən. Auditoriyada gələcəyini qurarkən düşün:
Bu gələcəyi sənə kimlər qoruyub saxladı?
Sən dostlarınla Bakının küçələrində gəzirsən. Bir anlıq dayan və bu şəhərə bax:
Bu şəhərin azadlığı uğrunda kimlər döyüşdü?
Sən gecə evinə qayıdıb ailənlə süfrəyə oturursan, o zaman Vətənin nə demək olduğunu düşün…
Vətən sadəcə yaşadığın yer deyil. Vətən sənə Qəhrəman Babalarımızdan miras qalmış müqəddəs əmanətdir!
Və bu əmanəti qorumağın ilk şərti var, onu və onun tarixini unutmamaqdır!
Nuri Paşanı tanı!
Onun adını yaddaşında yaşat!
Övladlarına danış!
Çünki qəhrəmanlarını unudan milləti yadlar idaə edər.
Sən bu Vətənin gələcəyisən!
Sən sabah bu ölkənin müəllimi, həkimi, mühəndisi, əsgəri, alimi, sənətçisi, rəhbəri olacaqsan. Sabah Azərbaycanı sən yaşadacaqsan.
Ona görə bu gün sənə bir çağırışımız var:
Tarixini oxu!
Qəhrəmanlarını tanı!
Vətənini sev!
Milli yaddaşına sahib çıx!
Heç kimin sənə öz qəhrəmanlarını unutdurmasına imkan vermə!
Çünki Nuri Paşanın adı yalnız keçmişə aid deyil! O ad bizim bu günümüzə və sabahımıza bağlıdır.
İnanırıq ki, bir gün Bakının küçə və xiyabanlarında onun adı qürurla çəkiləcək. Azərbaycan gəncliyi onun heykəlinin önündən keçərkən dayanıb deyəcək:
“Səni unutmadıq, Paşam!
Sənin uğrunda mübarizə apardığın Azərbaycan yaşayır!”
Hələlik isə ruhun önündə üzümüz qaradır, PAŞAM…
Səni layiq olduğun yerə ucalda bilmədiyimiz üçün…
Nur içində yat, böyük Qəhrəman!
Vətənimiz Azərbaycana nur saçan NURİ PAŞA!
Ruhun şad olsun!
Adın uca olsun!
Azərbaycan var olduqca, adın da yaşayacaq!
NURİ PAŞANI UNUTMA, AZƏRBAYCAN!

YAŞASIN AZƏRBAYCAN!
YAŞASIN AZƏRBAYCAN–TÜRKİYƏ QARDAŞLIĞI!
NURİ PAŞANI UNUTMADIQ!
UNUTMAYACAĞIQ!
UNUTDURMAYACAĞIQ!
Elman Mustafazade
Xudaferin.eu
12:40
Digər xəbərlər