Nur Üzlü Şəhidimiz İsayev Toğrul Natiq Oğlu

İsayev Toğrul Natiq oğlu 1996-ci il dekabırın 25- də Füzuli  rayonun Aybasanlı kəndində dünyaya göz açıb.2015-ci ildə hərbi xidmətə cağrılıb,2016-ci ildə hərbi xidməti başa vurub.Həmin hərbi hissədə cavuş rütbəsinə yüksəlib.Toğrul Natiq oğlu Füzuli rayonu işğal ediləndən 3 il sonra Dünyaya göz acıb.Amma buna baxmayaraq 27.09.2020-ci ildə erməni işğalçı ordusu Azərbaycana hücum edir,Azərbaycan isə öz ərazi bütövlüyün qorumaq üçün əks hücuma kecir.Toğrul Natiq oğluda bir hərbiçi kimi müharibəyə yollanır.Füzuli uğrunda gedən döyüşlərdə iştirak edir.01.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid zirvəsinə yüksəlir.Toğrul Natiq oğlu Füzuli rayonu işğal olunanda hələ bu dünyaya göz açmamışdır,amma taleh elə gətirdiki,Toğrul Natiq oğlu öz Dədə, Baba yurdu olan Füzuli uğrunda qəhrəmancasina şəhid oldu.Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Toğrul Natiq oğlu  Vətən Uğrunda Medalı ilə təltiv edildi.Toğrul Natiq oğlu 2-ci fəxri xiyabanda  dəfn olunub.Toğrul Natiq oğluna Allahdan rəhmət diləiyirik.Şəhidimizin qarşısında baş əyirik.Şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaq.Onlar vətən,millət, uğrunda şəhid oldular.Azərbaycan tarixində yeni bir səhifə açdılar.Allah rəhmət eləsin şəhidlərimizə qəbirləri nurla dolsun.

 

Mr.A.Askar

Almaniya

Xudaferin.eu


 

00:48