NÜMUNƏVİ MİLLİ DÖVLƏT XADİMİ -- MİRZƏ İBRAHİMOV--114
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərinin yaxınlığında olan Eyvaq kəndində doğulub. Kiçik yaşlarında anası fəvat edib.
1918-ci ildə atası və qardaşı ilə Bakıya gəlib.
Atasını və qardaşını da erkən itirib. Yeniyetmə çağlarından Bakının Zabrat , Balaxanı kəndlərində çobanlıq və fəhləlik edib. O dövrün fəhlə kurslarında təhsil alıb.
Öz gərgin əməyi və istedadı sayəsində gənc yaşlarında yüksək məqamlara çatıb.
Yüksək Dövlət vəzifələrində işləməsinə baxmayaraq, Mirzə İbrahimov hər zaman zəhmətkeş insanların yanında olub.
Onların həyatı, fəaliyyəti, mənəvi aləmi ilə yaxından tanış olub,.
Yazdığı əsərlərində sadə insanların həyat hekayələrinin gerçəkliklərini təsvir etməyə çalışıb.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunarkən ; 34 yaşlı M.İbrahimov onun ilk seçilən 15 həqiqi üzvündən biri olub.
M İbrahimov ömrü boyu elm, təhsil, mədəniyyət sahələrində mühüm vəzifələrdə çalışıb.
Yazıçı milli ruhlu şəxsiyyəti ilə yazdığı əsərlərində doğulduğu torpağa, bütövlükdə doğma Azərbaycanın adət-ənənələrinə , tarixinə, mədəniyyətinə dərin məhəbbət bəsləyib.
Fəaliyyət dövrü rus - sovet totalitar sistemi zamanına təsadüf etməsinə baxmayaraq ; tutduğu Ali Dövlət vəzifələrində hər zaman Azərbaycan dilinin rəsmi səviyyədə işlədilməsinə çalışıb.
Mirzə İbrahimov şəxsiyyəti -- böyük ədib və milli dövlət xadimi kimi xalqımızın yaddaşına həkk olunub.
Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin ; ruhu şad , məkanı cənnət olsun.

Xudaferin.eu
12:34
Digər xəbərlər