"Növbəti addım Facebook və Twitter-in bağlanması ola bilər"

 

 “Azərbaycan müstəqillik dövründən bu yana keçən illərdə ifadə və media azadlığı baxımından ən ağır dövrünü yaşayır. Hal-hazırda Azərbaycanda azad şəkildə fəaliyyət göstərə bilən, höküməti tənqid edə biləcək heç bir media orqanı yoxdur.” Bu sözləri Sərhədsiz Reportyorlar təşkilatının hesabatı barədə “Amerikanın Səsi” radiosuna müsahibə verən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı bildirib.

Onun sözlərinə görə , əgər əvvəllər hökümət azad medianı susdurmaq üçün üstüörtülü, hansısa qanuni don geydirilmiş admistrativ yollardan istifadə edirdisə artıq bu dəyişib. Mehman Hüseynovun "tamamilə gülünc" bir ittihamla həbs cəzasına məhkum edilməsi də göstərir ki, hakimiyyət açıq-aşkar şəkildə bildirir ki, ona qarşı olan kiçik tənqidləri absurd səbəblərlə belə olsa susdurmaqdan çəkinmir. Ölkə ərazisində “Azadlıq Radio”sunun vebsaytına girişə qadağa qoyulması Azərbaycanda internet azadlığına basqıların yeni mərhələsi kimi dəyərləndirilir. Ölkə ərazisində “Azadlıq Radio”sunun vebsaytına girişə qadağa qoyulması Azərbaycanda internet azadlığına basqıların yeni mərhələsi kimi dəyərləndirilir.

Sərhədsiz Reportyorlar təşkilatının “2017-ci il, Media azadlığı indeksi” hesabatında Azərbaycan, Türkmənistan, Tacikistan kimi keçmiş Sovet respublikası ölkələrinin media üzərində nəzarəti “qorxu və paronoya siyasəti” vasitəsilə həyata keçirməsi ilə bağlı fikrinə münasibət bildirən Rəşid Hacılı, 1990-cı illərdə Azərbaycanda formalaşa bilmiş azad media və azad jurnalistikanın ölkəni orta Asiyadakı rejimlər kimi olmaqdan xilas etdiyini düşünür. Lakin, son illərdə hakimiyyətin azad mediaya olan bu basqılarının nəticəsi olaraq Azərbaycan çox surətlə geriyə getməyə başladığını qeyd edib.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı həmçinin onu da bildirib ki, Milli Məclisin 10 Mart 2017-ci il tarixdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna etdiyi dəyişikliklərin nəticəsi olaraq yaranan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzi adlanan qurum internetdə yayılan materialları öz siyasi maraqlarına uyğun qayçılamaq funksiyasını yerinə yetirəcək. Hal-hazırda Azərbaycanda azad şəkildə fəaliyyət göstərə bilən, höküməti tənqid edə biləcək heç bir media orqanı yoxdur. Onun sözlərinə görə bu qurum internet üzərindən paylaşılan məlumatların monitorinqini aparacaq və onların düşüncəsinə görə qanunsuz sayılan materialları ya özləri birbaşa bloklaya biləcəklər, ya da məhkəməyə müraciət edəcəklər. Məhkəmə də çox qısa bir müddətdə, 5 gün içərisində bu müraciətə baxaraq və qərar qəbul edəcək. Qurumun təsis olunmasından cəmi bir neçə gün sonra höküməti tənqid edən bir sıra saytların ölkə ərazisindən girişinin qadağası üçün məhkəməyə müraciət olunması qurumun siyasi senzor olduğunun sübutudur. Artıq məlumdur ki, bu qurum birbaşa hökümətin tapşırıqlarını yerinə yetirəcək.

Sərhədsiz Müxbirlər təşkilatının baş katibi Kristof Delorin media azadlıqlarının məhdudlaşdırılmasının ölkədəki digər azadlıqları da təhlükə atması fikrinə münasibət bildirən Rəşid Hacılı qeyd edib ki, azad medianın boğulması ölkədə ictimai rəyin formalaşmasının qarşısını alır. Bu da hakimiyyətin əl-qolunu təmamilə açır və onların öz qanunsuz əməllərini həyata keçirtmək imkanlarını gücləndirir. Hakimiyyəti növbəti addımı kimi Facebook, Twitter kimi sosial şəbəkələrin Azərbaycanda girişinə qadağan olunmasını gözləmək olar.

Rəşid Hacılı həmçini qeyd edib ki, Azərbaycan kimi ölkələr demokratik və liberal dəyərlərdən uzaqlaşarkən arxalana bildikləri daha güclü rejimləri nümunə götürürlər. Azərbaycan üçün də bu ölkə Rusiya və Türkiyədir. Lakin Azərbaycandakı media azadlığının susdurulması təkcə bu ölkələrlə bağlı deyil - illər öncə başlanmış proses bu ölkələrdəki vəziyyətlə paralel olaraq daha da sürətlənməkdə davam edir. Aprelin 26-da Sərhədsiz Reportyorlar təşkilatı dünya dövlətlərində media azadlığının vəziyyətini təsvir edən “2017-ci il, Media azadlığı indeksi” hesabatını ictimaiyyətə təqdim edib. Bu hesabatda Azərbaycan 180 ölkə arasında 162-ci yerdə gedir. Bu nəticə ilə Azərbaycan media hüquqlarının ən çox pozulduğu ölkələrdən biri hesab olunur.

Amerikaninsesi.org

 

06:52