ABŞ kəşfiyyatı ermənilərin başına oyun açan azərbaycanlı xüsusi qrupun izinə düşdü

 

 

Azərbaycanın “Anti-armenia Team” haker qrupu ABŞ-dakı erməni diaspor təşkilatı “Amerika Erməni Assambleyası”nın saytına hücum edərək dağıdıb.
 

Hakerlərimiz sayta Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib. Hücumu “Anti-armenia Team” haker qrupuna daxil olan və özlərini “The Conficker” adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.

Hücumdan dərhal sonra “Amerika Erməni Assambleyası” təcili olaraq ABŞ Federal Təhqiqatlar Bürosuna şikayət edib və kiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər “genosid məsələlərini” araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut “Amerika Erməni Assambleyası”nın himayəsində çalışır.

Hurriyyet.org

 

09:35