Tehran mollakratiya rejimi Güney Azərbaycan milli fəallarına məhkəmələrdə divan turur

Güney Azərbaycan Milli Hərəkatının Xiyav (Meşkin ) şəhərindəki milli fəallardan Beytulla Bərzigəri və İsrafil Fətullahzadə iki ayrı çağırışla Qaradağ vilayətinin Əhər  şəhərindəki məhkəməsinə çağrılıblar.

Milli fəallara gələn məhkəmə çağrışında onların Əhər məhkəməsində olmalrı  istənilib. Göndərilən hökmlərə görə məhkəməyə çağrılma səbəbi ” İranın təhlükəsizliyini təhdid durumuan gətirmək və ölkənin ərazi bütünlüyünü bir-birinə vurmaq” və ” Milli birliyə zərər yetirmək” tipli uydurma ittihamlardır.
Xatırladaq ki, Beytulla Bərzigəri Güney Azərbaycanda milli hədəfləri irəli sürdüyünə görə və dövlət çevrilişi qiyamda iştirak etdiyi üçün bir neçə dostu ilə birlikdə tutuqlanmışdır . Bunun ardınca isə üç həftə tutuqlu qaldıqdan sonra müvəqqəti sənəd qarşılığında azadlığa buraxılmışdı.

Qeyd edək ki onun evi və iş yeri dəfələrcə rejimin vəhşicə hücumuna məruz qalıb. Hətta bütün biunlar azmış kimi, daim təqiblər və təzyiqlər altında yaşamalı olub.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

09:23