Albaniya parlamentinin sədrinə Bakıda keçiriləcək Parlament Konfransı barədə məlumat verilib

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Albaniya parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduqları qeyd edilib. Tərəflər iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yaxşı imkanların olduğunu vurğulayıblar. Bu istiqamətdə parlamentlərin də ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfələr vermək niyyəti ifadə edilib.

Söhbət zamanı parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Görüşdə bu ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda COP29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı da məlumat verilib, qanunverici orqanların iqlim dəyişmələri ilə mübarizədə çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Xudaferin.eu

16:31