Nazim Mustafa: Ermənilər İrəvan qalasını məhv ediblər

İrəvan qalası Səfəvilərlə Osmanlılar arasında 14 dəfə əl dəyişdirib. 1679-cu ildə İrəvanda baş verən zəlzələ nəticəsində şəhər yerlə-yeksan olub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Əməkdar rəssam Rza Avşarla görüşdə tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa söyləyib.

O qeyd edib ki, ruslar 1827-ci ildə İrəvan qalasını mühasirəyə alıb və şəhərə giriblər.

Nazim Mustafa deyib: "Hazırda İrəvan qalasından əsər-əlamət qalmayıb. Çünki ermənilər onu məhv ediblər. İrəvanda təkcə Göy məscid qalıb. O da fars abidəsi kimi İranın maliyyə dəstəyi ilə saxlanılıb”.

Xudaferin.eu

21:40