Azərbaycan ilə Aİ arasında imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Gürcüstan KİV-in diqqət mərkəzindədir

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında keçirilən görüş, eləcə də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” barədə silsilə materiallar dərc ediblər.

Xudaferin.eu AZƏRTAC-a  xəbər verir ki, kavkasia.net, 24news.ge və newsgeorgia.ge, portallarında və 1tv.ge televiziya kanalında Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda imzalanma mərasimində Azərbaycan Prezidentinin və Avropa Komissiyası Prezidentinin fikirləri yer alıb.

Materiallarda Memorandumun gələcək üçün bir növ yol xəritəsi olması barədə Azərbaycan Prezidentinin fikirləri xüsusi qeyd edilib.

Bundan başqa, müzakirə olunan digər məsələlər sırasında şəbəkələrin qurulması, qonşu ölkələrlə əlaqələrə verilən önəm, quru sərhədlərlə bağlı fikirləri, eləcə də enerji layihələri, imzalanacaq yeni layihələr, Azərbaycanın dünyada qazandığı hörmət, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni enerji müqaviləsinin imzalanacağına dair fikirlər əksini tapıb.

 

Xətayi Əzizov

Xudaferin.eu

16:06